
Son dəqiqə: Yunanıstandakı yanğından qaçış görüntüləri ortaya çıxdı - VİDEO
12:34 29.07.2018
Arxiv
849

Yunanıstanda paytaxt Afina ətrafında baş vermiş yanğınlar, ölkə tarixinin ən böyük fəlakətlərindən birinə səbəb oldu. Keçən həftə başlayan yanğında indiyə qədər ən azı 88 nəfərin həyatını itirdiyi bildirilir. Səlahiyyətlilər itkin sayının dəqiq omadığı səbəbindən bu sayın arta biləcəyini vurğulayır.
Təxminən 180 nəfərin yaralandığı, minlərlə evin kül olduğu yanğın fəlakəti ilə əlaqədar istintaq davam edir. Səlahiyyətlilər bölgəni axtarıb, itkin kəslərin cəsədlərini tapmağa çalışır. Yunan mətbuatı insanların qaçış anının video görüntülərini paylaşıb.
Mövzuyla əlaqədar danışan Yunanıstan Baş naziri Alexis Çipras da bütün məsuliyyəti üzərinə götürdüyünü açıqladı. Çipras jurnalistlərə "Sizi bura kabinetimin və bütün yunan xalqının qarşısında bu faciənin bütün siyasi məsuliyyətini boynuma götürdüyümü söyləmək üçün çağırdım" deyib. Yunanıstan Baş nazir ,"Çox kompleks duyğular içindəyəm… İnsanların gözlənilməz və haqsız bir şəkildə həyatlarını itirməsinin ağrısını və ağırlığını hiss edirəm. Eyni zamanda etdiyimiz hər şeyin doğru olub, olmadığının da böyük iztirabını çəkirəm" deyə davam etdi.
Yunanıstan mediası yanğından qaçaraq dənizə girən yunan vətəndaşlarının görüntülərini ilk dəfə paylaşdı. Fəlakətdən qaçanlar tərəfindən çəkilən videoda, özünü güc-bəla dənizə ataraq xilas olanların nələr yaşadığı çox dəqiq və vahiməli şəkildə görünür. Çox sayda insanın yanğından qaçarkən boğulduğu bildirilir.
Videoda çox sayda insanın özləri ilə ala bildikləri əşyalarla dənizə qaçarkən, bir çoxunun qorxudan ağladığı və stress keçirdiyi görünür.
Yunan mətbuatı yanğında həyatını itirənlərin sabah dəfn ediləcəyi bildirir.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya