"Sosial evlərin imkansız insanlara əlçatan olması zaman tələb edəcək" - EKSPERT
12:14 17.11.2017
Arxiv
697
"Sosial evlərin tikilməsi proqramı sosial proqramların şahıdır”. Bunu "Sherg.az”a sosial evlərin sıravi insanlar üçün əlçatan olub-olmamasından danışarkən iqtisadçı ekspert Fuad İbrahimov deyib. O bildirib ki, bu layihə mütləq həyata keçiriləcək:
"Çünki Azərbaycanın bu məsələyə sərf edəcək kifayət qədər potensialı var. Bu layihənin bizə maraqlı tərəfi isə digər təbəqə insanlar üçün nə zaman əlçatan olacağıdır. Hazırda bu barədə danışmaq tezdir. 2018-ci ildə il sosial evlər təhvil veriləndən sonra mərhələli formada proqram davam etdiriləcək. Sosial evlərin imkanı daha aşağı olan insanlara verilməsi zaman tələb edəcək. Çünki son iki ildə makroiqtisadi tarazlığın pozulması ucbatından iqtisadiyyatımızın çatışmazlıqları hamısı üzə çıxdı. Bunların aradan qaldırılması üçün kifayət qədər vaxt tələb olunur. Ola bilər, pilot proqramlar tətbiq olunsun. Sözügedən təbəqələr üçün qısamüddətli layihələr həyata keçirilə bilər. Bununla bağlı müəyyən təkliflər irəli sürülür və üzərində mütəxəssislər çalışır. Yəqin ki, gələcəkdə bu pilot proqram kimi dövlətə təqdim ediləcək. Lakin onların şərtləri bu sosial proqram kimi əlverişli deyil.
Ümumilikdə isə bu barədə danışmaq hələ tezdir. Çünki ilk növbədə makroiqtisadi tarazlıq bərqərar olunmalıdır. Bu proseslərin yekununda sosial evlərin hər kəsə şamil edilməsinə də toxunulacaq. Hazırda hələlik bu maktual deyil”.
Qeyd edək ki, 2018-ci ilin yayında sakinlər ilk sosial mənzillərinə köçəcəklər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə