Tələblə təklif arasında balans yaranana qədər müəyyən narazılıqlar və etirazlar olacaq
Sosial mənzil satışının növbəti mərhələsi başlayır
11:01 28.07.2018
Arxiv
810
Hazırda güzəştli mənzillərin sayı ilə onlara olan tələb arasında çox böyük fərq var.
Tələblə təklif arasında balans yaranana qədər müəyyən narazılıqlar və etirazlar olacaq
Tələblə təklif arasında balans yaranana qədər müəyyən narazılıqlar və etirazlar olacaq
"Güzəştli mənzil”lərin satışı ilə bağlı yenidən elan veriləcək. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən verilən məlumata görə, "Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün bir sıra işlər görülüb.
Mənzillərin seçimi zamanı bərabər şəraitin yaradılması, şəffaflığın və operativliyin təmin edilməsi məqsədi ilə MİDA Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyəti şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq sistemin fəaliyyətinin təkmilləşdirilməsini həyata keçirib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "AzInTelekom” MMC tərəfindən proseslərin dayanıqlığının artırılması məqsədilə "DATA mərkəz”də əlavə resursların ayrılması operativ şəkildə təmin edilib və nazirliyin tabeliyində Məlumat Hesablama Mərkəzi tərəfindən elektron imzanın "Güzəştli mənzil” sistemində fəaliyyətinin dayanıqlığının artırılması istiqamətində sınaqlar keçirilib. Aparılan işlər artıq başa çatdırılmaq üzrədir. Qısa müddətdə güzəştli mənzillərin yenidən satışı ilə bağlı elan veriləcək.
"MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov hesab edir ki, müvafiq qurum ötən dəfəki səhvlərdən nəticə çıxarıb, maksimum dərəcədə problemlərin yaşanmamasına çalışacaq:
" Bu səbəbdən də nəticələrin yaxşı olacağına ümid edirəm. Hər halda konkret dəyərləndirmə aparmaq üçün satışı gözləmək lazımdır. Ancaq ondan sonra layihənin nə qədər təkmil icra edildiyini müşahidə edəcəyik. Yayılan məlumatlar fonunda müsbət dəyərləndirmək olar. Əsas odur ki, satış prosesi də yayılan məlumatlardakı kimi nöqsansız olsun. İlk satış zamanı müraciət edənlərin sayı gözləntilərdən də çox oldu. Hesab edirəm ki, tədricən bu sahədə bir balans yaranacaq. Hazırda güzəştli mənzillərin sayı ilə onlara olan tələb arasında çox böyük fərq var. Tələblə təklif arasında balans yaranana qədər müəyyən narazılıqlar və etirazlar olacaq. Təklif məhdud olduğu üçün biz ekspertlər də problemi aradan qaldırmaq üçün alternativ fikirlər irəli sürə bilmirik”.
N.İbrahimovun sözlərinə görə, bu mənzillərin əsas üstünlüyü yerləşdiyi ərazinin şəhərsalma standartlarına uyğun qurulmasıdır:
"Yasamal rayonu şəhərsalma tələblərinə cavab verməyən bir ərazidir, binalar çox yaxın yerləşir, insan hərəkəti, avtomobillərin hərəkəti çox sıxdır. Bu şəhərcikdə isə bütün məsafələr gözlənilib, binaların hündürlüyü, əhali sıxlığı, avtomobillərin hərəkəti, infrastruktur... İnsan həyatının rahatlığı üçün hər bir şərait nəzərə alınıb. Ərazidə bağça, məktəb, xəstəxana və digər sosial obyektlər tikilib”. Ekspertin fikrincə, insanları narazı salan əsas məqam güzəştli mənzillərin yalnız müəyyən kateqoriyaya daxil olanlara aid edilməsidir: "MİDA-nın şərtlərini normal qiymətləndirirəm. Zaman keçdikcə bu şərtlər yumşalacaq. Yuxarıda da qeyd etdiyim kimi, mənzilə tələbatı olan insanlar daha çoxdur. Bu baxımdan MİDA-nın təklif etdiyi mənzillərə də tələb həddindən artıq çoxdur. Bu tələb azaldıqca, şərtlər də yumşalacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm