Maarifləndirmə ilə sadələşdirmə prosesi paralel şəkildə getməlidir. Onda sadələşdirilmiş yeni sistem effektli olacaq
“Sosial Reyestr” hazırlanacaq
08:00 19.07.2018
Arxiv
1279
Ünvanlı sosial yardım üçün müraciət sadələşdirilir
Maarifləndirmə ilə sadələşdirmə prosesi paralel şəkildə getməlidir. Onda sadələşdirilmiş yeni sistem effektli olacaq
Maarifləndirmə ilə sadələşdirmə prosesi paralel şəkildə getməlidir. Onda sadələşdirilmiş yeni sistem effektli olacaq
Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu il aprelin 30-da yaradılmış müvafiq İşçi Qrupu tərəfindən bu istiqamətdə işlər aparılmaqla, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub.
İlkin mərhələdə, sosial yardımın alınması üçün elektron qaydada müraciət zamanı "Ərizə-bəyannamə”nin doldurulması üçün tələb olunan məlumatların sayının azaldılmaqla sadələşdirilməsi təmin ediləcək. Belə ki, tələb olunan məlumatların bir hissəsi (məsələn, ailənin gəlirləri tərkibinə daxil olan pensiya və müavinətlər barədə məlumatlar) aidiyyəti elektron informasiya bazalarından əldə olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün benefisiarlar haqqında məlumatların vahid elektron bazada toplanmasını nəzərdə tutan "Sosial Reyestr”in hazırlanması isə e-müraciətin daha da sadələşdirilməsinə imkan yaradacaq. Layihə işə salındıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı "Ərizə-bəyannamə”nin doldurulmasına ümumiyyətlə ehtiyac qalmayacaq. Ailəni təmsil edən şəxs yalnız FİN nömrəsini daxil etdikdə, həmin ailənin sosial yardım almaq hüquqlarına baxılması üçün tələb olunan bütün zəruri məlumatlar "Sosial Reyestr”dən götürüləcək və yardım təyin olunub-olunmamasına dair avtomatlaşdırılmış mühitdə qərar qəbul ediləcək.
Qeyd edək ki, ünvanlı sosial yardımın verilməsi zamanı bəzən neqativ hallar baş verirdi. Maddi durumu yaxşı olan və ya dünyasını dəyişmiş şəxslərin yaxınları sosial yardım alırdılar. Bu zaman həqiqətən də sosial yardıma ehtiyac olan şəxslərlə maddi durumu yerində olanlar arasındakı bərabərlik pozulurdu.
Maraqlıdır, sistemin sadələşdirilməsi xoşagəlməz halların aradan qaldırılmasına imkan yarada bilərmi?
Prosesin sadələşdirilməsinin müsbət nəticələr verəcəyini deyən iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə bildirib ki, sosial yardım sisteminin təkmilləşdirilməsi ilk növbədə bu sahədə həqiqətən ehtiyacı olan insanlara müvafiq şəraitin yaradılmasına imkan verəcək:
"Bu nöqteyi-nəzərdən düşünürəm ki, prosesin sadələşdirilməsi ilə yanaşı, maariflənmə işləri də görülməlidir. Yalnız sistemi sadələşdirmək olmaz, əgər bu sistem insanın təfəkkürünə uyğun deyilsə, yəni vətəndaş bundan istifadəni bilmirsə və məlumatı yoxdursa ki, nəticələr effektiv olmaya bilər. Maarifləndirmə ilə sadələşdirmə prosesi paralel şəkildə getməlidir. Onda sadələşdirilmiş yeni sistem effektli olacaq.
Dünyasını dəyişmiş insanlara sosial yardımın verilməsi, qohumlarının puldan istifadə etməsi, sosial yardıma ehtiyacı olan kateqoriyaya aid olmayan insanların imtiyazlara yiyələnməsi və həqiqətən yardıma ehtiyacı olan vətəndaşların müəyyənləşdirilməsi lazımdır. Vətəndaşlar bilməlidir ki, bu imtiyazlar həqiqətən də onlara verilib. Sistem bu formada olsa, daha effektiv olacaq. Nazirliyə təyin olunmuş yeni rəhbərlik də artıq bu sahədə işlər görür. Hazırda konkret bir komissiya şəklində prosesin təkmilləşdirilməsi istiqamətində işlər gedir. Düşünürəm ki, qısa zamanda sistemi hərəkətə gətirəcəklər. Konkret tapşırıqlar verilib deyə, lazımlı addımlar atılacaq və ümid edirəm ki, onda xoşagəlməz hallar da aradan qalxacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət