Spiker deputatın cavabını verdi: "....Yaxın zamanlarda görəcəksiz"





Milli Məclisin iclası başlayıb. Sherg.az bildirir ki, deputat Fazil Mustafa çıxışına Azərbaycan prezidentinin Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması barədə sərəncamını xatırladaraq başlayıb. Millət vəkili deyib ki, cumhuriyyətin yaradıcı Məhəmməd Əmin Rəsulzadənin və cumhuriyyətin ayaqda qalmasına dəstək olan Nuri Paşanın xatirələrinin əbədiləşdirilməsi üçün addımlar atılmalıdır: 

"Nuri paşanın abidəsinin qoyulması ilə bağlı həmkarım Qüdrət bəylə (Qüdrət Həsənquliyev) Nazirlər Kabinetinə müraciət etdik. Amma hansısa cavab yoxdur".

Millət vəkilinə cavab verən spiker Oqtay Əsədov isə deyib ki, cümhuriyyətin də parlamentin yüz illiyinin də qeyd olunması ilə bağlı işlərə start verilib: 

"Milli Məclis prezidentin sərəncamından dərhal sonra lazımi işlərə başlayıb. İşlər gedir, yaxınlarda bunun nəticəsini özünüz görəcəksiz”. Anar