Spiker gələn ilin büdcəsindən razılıq etdi: "Əhalinin sosial vəziyyəti yaxşılaşıb"
08:36 13.11.2018
Arxiv
659
"2019-cu ilin büdcəsi sosialyönümlülüyünü qoruyub saxlayacaq"
Milli Məclisdə büdcə müzakirələri zamanı spiker Oqtay Əsədov deyib ki, 2018-ci ilin 9 ayı ərzində ölkəmizdə bütün makroiqtisadi göstəricilərdə artım olub. Sherg.az-ın xəbərinə görə, O.Əsədov söyləyib ki, prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası ölkəmizdə iqtisadi inkişafın prioritetlərini və məqsədlərini əldə etməyə imkan verib:
"Valyuta ehtiyatlarımız 3 milyard ABŞ dolları artaraq 45 milyard dollara çatıb. Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir. 2019-cu ilin büdcə zərfi ölkə həyatında müşahidə olunan dinamik göstəriciləri əks etdirir. 2019-ci ilin dövlət büdcəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasənda xərclənməsidir. Büdcə xərclərinin 42 faizi bu proqramlar sayəsində xərclənəcək. Bu da 2018-ci illə müqayisədə 2 milyard 77 milyon artıqdır. 2019-cu ilin büdcəsi sosialyönümlülüyünü qoruyub saxlayacaq".
Spiker xatırladıb ki, büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir:
"Diqqət çəkən məqamlardan biri əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. Növbəti ildə səhiyyə sahəsinə yönəldiləcək vəsait bu ilin müvafiq dövründən 309 milyon manat, yəni 32 faiz çoxdur.
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə olaraq 223 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bütün bunlar göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir. 2019-cu ildə təhsil xərcləri 2018-ci illə müqayisədə 11 faiz artaraq və 2 milyard 275 milyon manata çatacaq. Büdcə zərfi mükəmməl tərtib olunub. Sənədlərdən görünür ki, 2019-cu ildə iqtisadi artım davam edəcək. Növbəti ildə ümumi daxili məhsulun artımı 3.6 faiz səviyyəsində proqnozlaşdırılır. Aparılan islahatlar göstərir ki, kölgə iqtisadiyyatının qarşısının alınması ilə bağlı işlər həyata keçirilsə, bu rəqəm real ola bilər. Bir sözlə 2019-cu ildə makroiqtisadi proqnozlar yüksək səviyyədə hazırlanıb. 2019-cu ildə vergi sistemində köklü dəyişikliklər nəzərdə tutulub. Vergi Məcəlləsində və digər qanunlarda prinsipial dəyişikliklər gözlənilir. Bütün bu islahatlar inkişafımıza müsbət təsirini göstərəcək"
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə