Sülh torpaqlarımız azad olunandan sonra mümkündür
08:08 08.03.2019
Arxiv
576
Azad İsazadə: "Erməni siyasətçilərində münaqişəyə münasibət psixoloji xəstəlik səviyyəsindədir"
ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən səsləndirilən son bəyanatda xalqların sülhə hazırlanmasından söz açılması Azərbaycan və Ermənistanda gündəmin əsas mövzusuna çevrilib. Hər iki xalqın necə sülhə hazırlanacağı, bu planın tərkib hissəsinin nədən ibarət olacağı barədə geniş diskusiyalar aparılmaqdadır. Xarici işlər naziri Elmar Məmmədyarov da ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşündə təşkilat rəhbərindən xahiş edib ki, İrəvana səfəri zamanı Paşinyandan soruşsun ki, "biz xalqları sülhə, yoxsa başqa istiqamətə hazırlayaq?!” XİN başçısının bu xahişi isə ölkədə birmənalı qarşılanmayıb.
Yəni "əhalinin sülhə hazırlanması” ideyasını dəstəkləyənlərlə yanaşı, ortaya atılmış fikrə sərt qarşı çıxanlar da var. Əksəriyyət hesab edir ki, müharibənin nəticələri aradan qalxmamış sülhdən danışmaq mənasızdır.
Xalq şairi Sabir Rüstəmxanlı indiki durumda xalqların sülhə hazırlanması prosesinin ortaya atılmasını mənasız yanaşma hesab edir. Onun sözlərinə görə, Azərbaycanın işğal altında qalan torpaqları azad olduqdan sonra sülhdən danışmaq olar:
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox gülməli bir vəziyyət yaranıb. Azərbaycan tərəfi olaraq torpaqlarımızın 20 faizini itirmişik, torpaqlarımızı işğal edən ermənilər də bir qarış belə torpaqdan keçməyəcəklərini iddia edirlər. Üstəlik də Ermənistanın müdafiə sahəsinə rəhbərlik edən şəxslər "bəsdir müdafiə olunduq, hücuma hazırlaşmalıyıq” kimi sərsəm bəyanatlar səsləndirirlər. Azərbaycan XİN başçısı da ATƏT rəsmilərindən erməniləri sülhə hazırlamağı xahiş edir. Bu nə mənasız yanaşmadır? Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan sülh danışıqları Azərbaycanın məğlubiyyət aktına imza atmasına çağırış kimi bir şeydir. Sözün düzü, torpaqlarımızın işğal faktoru aradan qaldırılmadan xalqların sülhə hazırlanması təklifini verən, bu prosesi dəstəkləyən insanların ağlının yerində olduğuna şübhə edirəm”.
Hərbi ekspert Azad İsazadə də xalqların sülhə hazır olmadığını düşünür:
"Nə qədər ki, ermənilər torpaqlarımızı geri qaytarmayıb, bizim cəmiyyət sülh sazişi ilə razılaşmayacaq. Azərbaycanlılar Qarabağa adi torpaq, münaqişə ocağı kimi baxmır. Həmin əraziləri Vətənin bir hissəsi kimi görüb, ərazi bütövlüyümüzün bərpasını arzulayırlar”. Ekspertin sözlərinə görə, sülhlə bağlı narazılıq da məhz bu istəkdən qaynaqlanır: "Ermənistan cəmiyyətində isə vəziyyət daha gərgindir. Xüsusən də erməni siyasətçilərində bu münaqişəyə münasibət psixoloji xəstəlik səviyyəsində olduğu üçün sülhə münasibət daha kəskindir. Onların sülhə hazırlanması prosesində ciddi addımlar atılmalıdır. Elə əvvəldən Ermənistan rəhbərliyi xalqı Azərbaycana qarşı hazırlayıb.
Xatırlayırsınızsa, Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan AŞ PA-da çıxışı zamanı belə bir faşist ideyası irəli sürmüşdü ki, ermənilərlə azərbaycanlılar genetik olaraq uyğun gəlmirlər və bir yerdə yaşaya bilməzlər”.
A.İsazadənin sözlərinə görə, işğal altında olan bütün torpaqlarımızın ermənilərdən təmizlənməsi fonunda Azərbaycan xalqı, ölkə ictimaiyyəti sülhlə razılaşar:
"Sözsüz ki, xalq olaraq biz də müəyyən güzəştlərə getməli, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi orada qalması üçün təhlükəsizlik zəmanəti verməliyik”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm