“Tarixdə ədavət axtarsaydıq, 10 milyon türk itkisinin hesabını soruşardıq”
04:43 27.04.2021
Arxiv
380
“Əslində 24 apreldə nə baş verdi? Bu məsələni xüsusilə anlatmaq istəyirəm”.
APA-nın yerli bürosunun xəbərinı görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin saxta “soyqırımı” ifadəsinə mövqe bildirərkən bu fikirləri bildirib.
Ərdoğan 24 aprel 1915-ci il hadisələrini belə şərh edib: “Anadolu Osmanlının çox sayda fərqli dindən və inancdan yaşayan insanların coğrafiyası olub. Tariximizə “93 hərbi” deyə keçən hadisəyə qədər bu sülh şəraiti davam edib. Osmanlının son dönəmində qərblilər tərəfindən silahlanaraq bizə qarşı hücumlar baş verib. Balkan torpaqları bu şəkildə başlayan savaşlarla Osmanlıdan qoparılıb. Eyni vəziyyət Anadolunun şərqində də ermənilərin əli ilə törədilib. Ermənilər ruslarla əlbir olub. Əslində 24 apreldə insan ölümü ilə bağlı heç nə olmayıb. 24 apreldə müharibə şəraitində olan Osmanlının əleyhinə fəaliyyət göstərən xəyanətkar qruplar bağlanıb və onlara rəhbərlik edənlər də həbs olunub. Bu addım Anadoluda türk və müsəlmanlara qarşı qətliamlar törədən üsyankar qrupları yatırtmaq üçün edilib. Erməni birləşmələri günahsız insanları qətlə yetiriblər. Təkcə Muşda 20 min günahsız insanımızı öldürüblər. Odur ki, Osmanlı dövləti həmin bu cinayətkar erməni qruplarını ölkənin bir yerindən başqa yerinə deportasiya edib, dinc erməni əhalisi bu köçürülməyə daxil olmayıb. Köçürülmə prosesində yetim qalan erməni uşaqlara əcdadlarımız yetimxana evləri açıblar, cənab Bayden!
Tarixi mənbələrə əsaslandığını bildirən R.T.Ərdoğan “Mən Bayden kimi əsassız, sübutsuz danışmıram”, deyə vurğulayıb: “Birinci dünya müharibəsində Osmanlı torpaqlarında 1 milyon 300 min erməni əhalisi yaşayıb. Buyursunlar gəlib, arxivlərə, sənədlərə baxsınlar. Əcəba, ABŞ-da nə qədər sənəd-sübut var? Arxivlərini aça bilərlərmi? Bu günə qədər ortaq komissiya yaradıb arxivləri araşdırmaq təklifimizə cavab almadıq. İrana gedənlərlə birlikdə bu rəqəm yarım milyona çatmaqdadır. ABŞ açıqlamalarında bildirir ki, ermənilərin köçürülmə və əmlaklarının müsadirə olunması 600 mini keçib, amma, halbuki həqiqi olan rəqəm daha azdır. Həmin dönəmdə deportasiya olunan ermənilər müharibə şəraitində yerdəyişmə prosesində yoluxucu xəstəlik, zəiflik və aclıqdan ölüblər. Bu rəqəm də 150 minə qədərdir.
Əlbəttə, 150 min insan da canlıdır və bu, önəmli rəqəmdir. Amma erməni tarixçilər əsassız, sübutsuz bu rəqəmlərə bir “0” əlavə edib, şişirdirlər. 300 min erməni olduğu yerdə yaşama davam edib. Hazırda da təkcə İstanbulda 100 min erməni yaşamaqdadır. Müharibə sonrası dönənlərlə birlikdə bu rəqəm 650 minə çatıb. Bu torpaqlarda soyqırıma uğrasaydılar, hər halda geri dönməzdilər, cənab Bayden! Osmanlıdan Suriya, İordaniya və Livana göndərilən ermənilərdən bir qismi ABŞ və Avropaya köçüblər. O gedənlər də soyqırımı yalanlarını dəstəkləməyə çalışmaqdadır. Zatən, o zamanlar da savaşdığımız düşmənlərin istəyi bu idi. Erməniləri bu məkrli ssenarilərindən acımasızcasına, hətta ölülərindən belə istifadə ediblər və edirlər”.
Birinci Dünya Müharibəsində ümumilikdə 17 milyon insan öldüyünü vurğulayan R.T.Ərdoğan bunlardan 10 milyonunun əsasən müsəlman türkü olduğunu deyib: “Çar Rusiyası torpaqlarında yaşayan 100 minlərlə alman və musəvini alman ordusu ilə əməkdaşlıq etdiyi bəhanəsilə sürgünlərdə ölümə məhkum ediblər, Avstriya-Macarıstan da ümumlikdə 100 minlərlə rus əsilli insanı ölüm düşərgələrində güllələyib, asıb, aclıqdan öldürməklə aradan qaldırıblar. Balkanlarda və Qafqazlarda türklərin 5 milyonu sürgündə olmaqla, ümumilikdə 10 milyonu itkiyə məruz qalıb. Üstəlik, bunu biz yox, Qərb tarixçiləri deyir. Millət olaraq, biz indiyədək bu faktdan istifadə edib, dilə gətirmədik, bu kədəri qəlbimizdə çəkib, irəliyə baxıb, inkişaf yolunu seçdik, amma bəziləri bunu yanlış anlayır. Heç sərhədlərimizdən kənara çıxmağa da ehtiyac yoxdur. Adanadan Antepə, Maraşadək, İstanbuldan Çanaqqalayadək hər şəhərlərimizdə olan itkilərin hesabını açıqlasaq, bizə yetər. Əgər ermənilərin itkiləri soyqırımı olaraq xarakterizə olunacaqsa, bu rəqəmlərə baxılmalıdır. Amma tarix bizim üçün münaqişə və ədavət aspekti deyil, ibrət və dərsdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vinisius Juniorun "Real Madrid"dəki aqibətinə aydınlıq gəldi
03:33 24.04.2026
Futbol
İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq
02:58 24.04.2026
Dünya
Robert Pattinson ailəsi ilə görüntüləndi
02:22 24.04.2026
Şou
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə