Tarixdən səhv sual olmayıb
08:39 28.07.2018
Arxiv
1101
Kərəm Məmmədov: “O tapşırıq abituriyentlərin xeyrinə hesablanmayacaq”
Təhsil eksperti və tarix müəllimi Kamran Əsədov Tarix fənni üzrə II ixtisas qrupunda D variantı 91 saylı test tapşırığının cavablarında hər iki bənddə doğru cavab olduğunu, III ixtisas qrupu üzrə isə B variantı 73 saylı test tapşırığının isə orta məktəb dərsliklərinə uyğun gəlmədiyini açıqlayıb.
DİM-in tarix fənni üzrə eksperti, antropoloq-alim Kərəm Məmmədov isə II və III ixtisas qrupu üzrə qəbul imtahanında heç bir səhv sual olmadığını deyib. Onun sözlərinə görə, suallarda dərsliyə aid olmayan heç nə yoxdur: "Dərsliyə nə uyğun deyil? Gürcüstanda Azərbaycan səfirliyinin yaranmasını bilməyən abituriyent abituriyent sayılır? Üstəlik, dərslikdə də yazılıb ki, Azərbaycan Respublikası qonşu ölkələrdə, habelə Çin, Hindistan və digər ölkələrdə öz səfirliklərini açıb. Deməli, Gürcüstan qonşu ölkə deyil? Azərbaycan Respublikasının Gürcüstanda səfirliyi olmasa, hansı strateji müttəfiqlik əlaqəsi saxlaya bilər?”.
K.Məmmədov III ixtisas qrupu üzrə səhv adlandırılan suala da aydınlıq gətirib: "Azərbaycan Respublikasının Konstutsiyasına əsasən, hakimliyə namizədlərə və Milli Məclisin deputatlarına tələb olunan xüsusiyyətlər var. Hakimliyə namizədlər siyasi partiyanın üzvü ola, əvəzedici vəzifə və məşğuliyyətlə məşğul ola bilməzlər. Lakin elmi fəaliyyətlə məşğul ola bilərlər.
Milli Məclisin deputatları isə din xadimi ola bilməzlər və pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Sadəcə opponent bir bəndi - "hakimliyə namizədlər elmi fəaliyyətlə məşğul ola bilərlər” bəndini seçir. Ancaq orda iki cavab var. Həm də bu adamlar siyasi partiyanın üzvü ola bilməzlər. A və B variantları doğrudur. Həmin abituriyent söyləyir ki, 2-də A və C variantları yazılıb. Deməli, onda bu da düzdü. Belə olan halda sual tamamlanmır. Sualın tamamlanması üçün "hakimliyə namizədlər siyasi partiyanın üzvü ola bilməzlər” və "elmi fəaliyyətlə məşğul ola bilərlər” bəndləri seçilməlidir. Səhv adlandırılan hər iki sualda səhvdən söhbət belə gedə bilməz. Buna görə də abituriyentlərin xeyrinə hesablanmayacaq”.
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə səslənən fikirlərə cavab olaraq test tapşırıqlarında hər hansı yanlışlıq olmadığını deyib.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm