"Tayyib Baba" dedi, prezident sərt səs tonunu dəyişdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, AKP-nin qrup toplantsında sərt mesajlar verərkən bir uşağın "Tayyib Baba" deyə səslənməsi cavabsız qalmadı.
Yığıncaqda gülümsədən anlar yaşandı. Ərdoğan o səsə biganə qalmayıb və sərt səs tonunu dəyişdirərək baba şəfqətiylə "Əfəndim?" deyə cavab verib. İkili toplantıdan sonra görüşərək, şəkil çəkdirib.