Tbilisidə keçirilən etiraz aksiyasında qarşıdurma baş verib





Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyada gərginlik yaşanıb.
"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, aksiya iştirakçıları çadır qurmağa cəhd ediblər.
Polis əməkdaşları onların bu cəhdinin qarşısını alıb.
Aksiya iştirakçıları və polis arasında yaranmış qarşıdurma zamanı bir qadının halı pisləşib. Hadisə yerinə çağırılan "təcili yardım" maşını qadını xəstəxanaya çatdırıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən aksiyada baş vermiş insident zamanı saxlanılanların olmadığı bildirilib.