"Tələbat olmayan ixtisasların kadr hazırlığı dayandırılmalıdır !"





"Bəzi ixtisasların qəbul planının artırılmasına ehtiyac duyulur”.

Bunu "Sherg.az”a təhsil eksperti Etibar Əliyev deyib. 

O vurğulayıb ki, elə ixtisaslar var, onlara tələbat çoxdur, tələbələr də üstünlük verir:

"İnsanların üstün tutmadığı ixtisasların kadr hazırlığı dayandırılmalıdır. Yaxud ciddi maarifləndirmə aparılmalıdır ki, bu ixtisas gənclərə nə verəcək? 

Əmək bazarında uyğun iş tapa biləcəklər, perspektivi nədən ibarətdir? Heç bir maarifçilik olmadan kafedralar ixtisaslar yaradırlar, qəbul imtahanlarında sonra o ixtisaslar boş qalırlar. Beləliklə, müəllimlərin işsiz qalması da baş verir.

Hazırda əmək bazarı üçün lazım olan ixtisaslara kifayət qədər yer ayrılıb. Yerlərin artırılmasına ehtiyac yoxdur. İndiki şəraitdə təbiət elmlərinə, texniki elmlərə, kənd təsərrüfatına aid ixtisaslara maraq artırılmadır. İnformasiya cəmiyyətinin tələbatı bu ixtisaslaradır. Maarifləndirmə həyata keçirməklə həmin ixtisaslara marağı artırmaq olar”.

Aysel Aslan