Tələbələr qəza anını xatırlamırlar - TƏFƏRRÜATLAR + Video
12:47 09.03.2017
Arxiv
589
Bakı-Sumqayıt yolunda baş verən qəzanın təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, Bakıdan Sumqayıt istiqamətində hərəkət edən, 50-BM-132 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus Masazır körpüsünün üzərindən keçərkən yol kənarında dayanmış, 52-BE-874 dövlət nömrə nişanlı "ZİL" markalı yük maşınına çırpılıb. Daşla dolu "ZİL" gecədən körpünün üzərində dayanıbmış.
Yük maşınının nasazlıq səbəbindən yol kənarında dayandığı güman olunur. Maşının sürücüsü xəbərdarlıq məqsədilə yük yerindən mişar daşlarının bir hissəsini boşaldaraq yol kənarına yığıb. Sürətlə gələn mikroavtobus əvvəlcə bu daşlara dəyib. Toqquşmadan yaranan toz-duman qarşıdakı "ZİL" maşınını görməyə imkan verməyib və nəticədə mikroavtobusun sürücüsü məsafəni düzgün hesablamadığından maşını sağ tərəfdən "ZİL"ə çırpıb.
Qəza nəticəsində mikroavtobusda olan Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi dünyasını dəyişib, 17 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı vəfat edən tələbələr Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vüqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzuli oğludur(1997-cı il).
Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov şəhər təcili tibbi yardım xəstəxanasına gətirilən yaralıların həyatı üçün təhlükə olmadığını deyib: Xəstəxanada yatan yaralıların hamısı ilə bir-bir görüşdük. Həkimlər yaralıların həyatı üçün narahatedici hal olmadığını bildirdilər. İki qızın vəziyyəti bura gələndə ağır olub. Komada olan yaralılar həkimlərin səyi nəticəsində ayılıb.
Baş həkim Nəriman Baxşəliyev 14 yaralıya ilkin tibbi yardım göstərildiyini deyib: "14 xəstə ambulator müalicəyə götürülüb. Onların durumuna nəzarət üçün bütün intensiv tədbirlər görülüb".
Xəsarət alan tələbələr hadisənin necə baş verdiyini xatırlamırlar. Yaralılar qəzaya uğradıqlarını xəstəxanada şokdan ayıldıqdan sonra anlayıblar.
Xəsarət alan tələbələrdən Bəybala Manafov zərbədən başının sərt şəkildə qabaq oturacağa dəydiyini deyib:
"Başım dəydi, sinəm əzildi , ondan sonra huşumu itirdim. Nə baş verdiyini bilmirdim".
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu artıq saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
12:50 01.10.2026
Ölkə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət