Təmas xəttində partlamış mərmi qalıqları aşkar olunub - FOTO
22:21 03.10.2020
Arxiv
585
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən - 33 (otuz üç) müraciət daxil olub.
ANAMA-dan Sherg.az-a verilən məlumata görə, daxil olmuş 33 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Kürdlər, Minaxorlu, Ağabəyli, Bayat, Yuxarı Qiyaməddinli kəndləri, Hindarx qəsəbəsi və Sadıqov küçəsi, Beyləqan rayonu, Bərdə rayonunun Şahvəlilər kəndi, Cəbrayıl rayonu, Füzuli rayonunun Əhmədalılar kəndi və Horadiz qəsəbəsi, Goranboy rayonunun Xanqərvənd, Yenikənd və İrəvanlı kəndləri, Tərtər rayonunun Səhləbad, Borsunlu kəndləri, N.İsgəndərov və Cavanşir küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 33 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 21 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin agentliyin partlayış qrupu tərəfindən 4 ədəd raket yerində işarələnib və növbəti iş günü qazılması həyata keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat