Təşkilat sədri yardım İSTƏDİ: "Gərək, Azərbaycan yetkililəri köməklik göstərsin"





Gürcüstanda azərbaycandilli olan "Marneuli” radiosunun lisenziya alması təqdirəlayiq haldır. 

Bu sözləri Sherg.az-a Gürcüstanda azərbaycandilli media quruluşu olan "Marneuli” radiosuna lisenziyanın verilməsi barədə danışarkən "Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov söyləyib. 

Bu radio kollektivinind çox dinamik və enerjili gənclərədn ibarət olduğunu söyləyən təşkilat sədri düşünür ki, məlum bu təşəbbüs region üçün də faydalı olacaq: 

" Orada çalışacaq insanları tanıyıram. Onların Gürcüstandakı soydaşlarımızla bağlı çox dəqiq və operativ məlumatlar yayacaqlarına inanıram. Amma istərdim ki, "Azərspace-1" peyk yayımına keçmək üçün Azərbaycan yetkililəri köməklik göstərsin".

Qeyd edək ki, bu günlərdə Gürcüstanda azərbaycandilli media "Marneuli” radiosu bu gün lisenziya alıb. Radio artq internet üzərindən yayıma başlayıb. "Marneuli" radiosu yeni il günü 96,9 FM tezliyində yayıma başlayacaq. Qeyd edək ki, radionun 14 nəfərdən ibarət kollektivi var. Xatırladaq ki, Gürcüstanda 1 ay öncə Azərbaycan dilində mediaya qadağa aradan qaldırılıb.

Ayyət