Təşkilat sədrindən ittiham: "Ziya Məmmədov "Quran"ı tərsinə qavrayacaq”
11:48 03.03.2017
Arxiv
1105
"İnanmıram ki, Ziya Məmmədov Quran oxusun, ya da mütaliəyə vaxt ayırsın”.
Bunu Sherg.az-a sabiq nəqliyyat naziri Ziya Məmmədovun Quranı oxuyub təhlil etməsi məsələsinə münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib:
Onun sözlərinə görə, "Quran"la az-çox tanış olan insanlar bilir ki, "Quran"da belə bir ayə var:
"Allah deyir, mən istəməsəm kimsə iman gətirə bilməz”. Bu o deməkdir ki, hər adam Quranı təhlil etməyi istəyə bilər, amma allah istəməsə bu, baş tutmaz. Sual yaranır ki, Allah insanın "Quran"ı öyrənib təhlil etməsini nə vaxt istəyər? Allah deyir ki, sizin dualarınızı mənə çatdıran əməllərinizdir. Kimsə Quranı öyrənmək dərk etmək istəyir, bunun üçün Allaha dua edirsə, Allah da o zaman onun duasını qəbul edir, öyrənmək və yaxud dərk etmək üçün ona istiqamət verər. Yalnız həmin şəxsin əməlləri bunu imkan verirsə, məşğul ola bilər. Ziya Məmmədov Azərbaycanda ən böyük rüşvətxordur. Bunu heç kəs dana bilməz. Onun nazirlikdə işlədiyi dövrdə inşa etdiyi yolların hamısının dağılması məlumdur. Bu, həm də korrupsiyadan başqa onun gördüyü işlərin də yarıtmazlığının sübutudur. Sual edirəm, xalqın bu qədər vəsaitini oğurlamış insan istəsə belə, Allah onun Quranı anlamasına imkan verərmi?”
Quranda qeyd olunduğu kimi kafirlərin Quranı oxuduqca Allaha nifrətinin artdığını vurğulayan S. Cəlaloğlunu deyib ki, bir çox insanların "mən Quranı təhlil edirəm” adı ilə onu oxuması əksinə onların imanını bir az da azaldır, onların kafirliyini artırır:
"Allah kafirə icazə vermir, Qurandan heç nə anlaya bilmir. Düşünür ki, sən demə, Allah yalan imiş, qiyamət olmayacaq, məhkəmə qurulmayacaq, mən əməllərimə davam edim.
Fikrimcə, Z. Məmmədov duasını Allaha çatdıran əməllər görmədiyindən onun Quranı oxuyub təhlil etməsi mümkün deyil. Cəzasını çəkməyincə Allah belə insanlara hidayət etməz, müqəddəs kitabın bir kəlməsini belə başa düşməyə icazə verməz. Quranda açıq şəkildə yazılıb ki, kafirlər bu kitabdan bir cümlə belə mənimsəyə bilməzlər. Bu kitabı yalnız, möminlər, əməlləri Allahın təqdirini qazanmış insanlar oxuyub mənimsəyə bilər. Ona görə insanlar biri-birinin əməlini, xeyirxahlığını dəyərləndirəndə deyir, Allah razı olsun. Çünki Allah razı olduqda insanı istiqamətləndirə bilər. Ona görə Z. Məmmədovun əməlləri düzgün olmadığına görə Quranı anlamayacaq. Başa düşdüklərini də tərsinə qavrayacaq”.
Qeyd edək ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov qardaşının istirahətdə olduğunu bildirib. E. Məmmədovun sözlərinə görə qardaşı mütaliəyə geniş vaxt ayırıb, müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bildiyindən bu da xoş olan bir işdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm