Tikintiyə dair islahatlar sahibkarlara təqdim olunub
12:22 24.01.2019
Arxiv
637
Prezident İlham Əliyevin tikintiyə icazə verilməsi üzrə vahid yanaşma prinsipinin formalaşdırılması ilə səmərəliliyin və şəffaflığın artırılması məqsədilə ilə imzaladığı fərmana əsasən, "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” təsdiq edilib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə keçirilən "Tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi üzrə aparılmış islahatların tikinti şirkətlərinə kommunikasiya" mövzusunda keçirilən seminarda bildirilib.
Yeni qayda üzrə müəyyən olunan əsas prinsiplər ayrı-ayrı prosedurların xüsusiyyətlərini və hər bir prosedur üzrə günlərin sayını optimallaşdırmaq, tikinti fəaliyyəti sahəsində sahibkar üçün əlverişli mühit formalaşdırmaq və dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəli idarəçiliyin təşkilini təmin etməkdir.
Müzakirə zamanı bildirilib ki, yeni kompleks biznes islahatı tədbirlərinə uyğun olaraq biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində yaradılan və əlaqədar qurumların nümayəndələrinin təmsil olunduğu işçi qrupunun mütəmadi görüşləri də təşkil olunur. Eyni zamanda aidiyyəti qurumların təlimləri həyata keçirilir.
Tikinti şirkətləri ilə görüş zamanı da bildirilib ki, yeni qaydalara əsasən, tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə aparılır, tikintiyə icazə alınması istiqamətində bütün aidiyyəti qurumlardan rəylər və texniki şərtlərin alınması tam olaraq sahibkarın iştirakı olmadan elektron qaydada həyata keçirilir. Eyni zamanda tikintiyə və istismara icazənin əldə olunması üzrə sahibkarın keçməli olduğu tələb olunan prosedurların və günlərin sayı azaldılmaqla, sahibkarlar üçün daha operativ, şəffaf və səmərəli mühit formalaşdırılır.
Əlavə edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən kompleks biznes islahatı tədbirlərindən biri kimi qeyd olunan tikinti sahəsində həyata keçirilən islahatlar, "Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritə”si üzrə nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edərək biznes mühitinin və azad rəqabət mexanizminin inkişaf etdirilməsinə, ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradacağı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm