Tıxaca qarşı hava qatarı icat etdilər

Basabas və tıxacla bacara bilməyən Çin hava qatarı icat edib. Keçən  günlərdə xidmətə başlayan qatar hər hansı yol, və ya relsdə deyil,  havada sərnişin daşıyacaq. 
Çinin  Sichuan əyalətinin mərkəzi Çenqduda qeyri -adi  bir görüntü… 1.4 kilometr uzunluğunda, 100 sərnişin  daşıma tutumlu hava qatarı Çində hərəkətə gətirilib. Ağ- qara  rəngli qatar çinlilər üçün milli  əhəmiyyətə malik  "panda"dan ilhamlanaraq hazırlanıb. Qatar elektirik əvəzinə  gücünü lityum batareyalardan alır. Olduqca böyük tutuma malik batareyalarla qatar 4 saat sərnişin  daşıya bilir. Hava qatarı saatda 60 km sürətlə irəliləyir. Çin mediası qatarın dünyanın ilk yeni enerji süspansiyon dəmiryolu xəttinə sahib olduğunu ifadə edir. Yeni enerji süspansiyon qatar sistemi xidmətə başlamamışdan  1 ay əvvəl test mərhələsində idi.