Toyda kütləvi zəhərlənmə: 26 nəfər xəstəxanalıq oldu


Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.
Bu barədə APA -ya Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.
Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.