Toyuqların biri 2 min lirə...

Yumurtaları isə 40 lirədən satılır
Çanaqqalanın Bayramiç qəsəbəsində hobbi olaraq bəzək toyuğu saxlayan İsmayıl Aslan, GSG wyandotte cins toyuqlarının birini 2 min lirəyə satır.
İsmayıl Aslan, yük maşını vasitəsilə ölkənin hər yerinə toyuq, sərçə və yumurta göndərir. Qanadlı quş istehsalına ilk olaraq göyərçinlə başlayan Aslan daha sonra hobbi olaraq cins toyuqlar saxlamağa başlayıb. Müxtəlif cinsdə toyuqları olan Aslanın GSG wyandotte cins toyuqlarının biri 2 min lirəyə alıcı tapır. Yumurtaların dənəsini 40 lirədən, sərçələrin bir dənəsini də 75 lirədən ölkənin bir çox vilayətinə göndərir. Qiymətli digər bir cins olan Osmanlı toyuqlarının birini 750 lirəyə satan Arslar, bu toyuqların yumurtalarını 30 lirədən maraqlananlara göndərir. "Müxtəlif cinsdə bəzək toyuqlarım var. Buradan əldə etdiyim gəliri heyvanların baxımına xərcləyirəm. Ölkə daxilində cins toyuq həvəskarı çoxdur. Bu adamlarla ictimai media vasitəsilə, şəxsən və ya telefon vasitəsilə əlaqə saxlayıram. Mənim çıxardığım toyuqlar böyük marağa səbəb olur. İstəyənə yumurta, istəyənə sərçə və ya toyuq göndəririk. Lazımlı şərtləri yerinə yetirdikdən sonra yük firmaları məhsulları yeni sahiblərinə çatdırır. Bu sektorun gedərək böyüdüyünə şahid olmaq bizləri xoşbəxt edir. Mən də istehsalımı artıraraq işləri böyütmək istəyirəm” deyib.(Milliyet)