Hər il abituriyentlərin ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayanlar cəmiyyətin diqqət mərkəzində olur. Bir müddət cəmiyyətdə bu uğurlu tələbələr müzakirə olunur, hər kəs onlara qibtə ilə yanaşır. Amma maraqlıdır ki, artıq bir neçə il keçdikdən sonra həmin tələbələrin səs-sorağı gəlmir. Maraqlıdır, həmin 700 balla universitetlərə daxil olan tələbələr hazırda neynirlər?
"Seçilənlər" rubrikamızın qonağı Qurbanlı Könül də 2014-cü ildə 1-ci qrup üzrə 700 bal toplayaraq ADA Universitetinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına qəbul olunub. Prezident təqaüdçüsüdür. Hazırda 3-cü kusrda oxuyan K. Qurbnanlı 1997- ci ildə Bakı şəhərində anadan olan müsahibimiz paytaxtda fəaliyyət göstərən "Zəngi” liseyini qızıl medalla bitirib.
Sherg.az müsahibəni təqdim edir:
-Dərsləriniz necə gedir?
-Dərslər çətinləşib, amma qiymətlər pis deyil hələ ki
-Niyə çətinləşib? Müəllimlərmi süni çətinlik yaradır, yoxsa...?
- Əvvəlki semestrlər daha asan idi, sona yaxınlaşdıqca çətinlik dərəcəsi artır. İxtisasın dərinliklərinə getdikcə daha çox zəhmət və bacarıq tələb olunur.
- Universitetinizin təhsil səviyyəsi sizi qane edirmi? Yəni ixtisasınızı yetərincə mənimsəyə bilirsinizmi?
-Bizim fakültə yeni yaranıb, ilk məzunları biz olacağıq. Ona görə hər şey tam oturuşmayıb deyə bəzi problemlər olur. Amma Azərbaycanın digər univesitetlərindən geri qaldığınıdüşünmürəm. Çox yaxşı müəllimlərimiz var, sadəcə sistemdə problemlər olur o da zamanla düzələr hər halda
-Qeyd etdiniz ki, bu sahə sizin universitetdə yeni olduğu üçün tam oturuşmayıb. Sizi qane etməyən nədir? Müəllimlərinmi potensialı qənaətbəxş deyil, yoxsa...?
-Yuxarıda da yazmışdım ki, çox yaxşı müəllimlərim var. Sadəcə sistem stabil deyil, dəyişikliklər tez-tez olur. Əlbəttə məqsəd inkişafdı.
-Prezident təqaüdü alırsınızmı ?
-Bəli
-Sirr deyilsə, nə qədər?
-165 AZN
-İlk 165 manata nə etdiniz?
-Adətən, təqaüdümü xərcləmirəm. Səhv eləmirəmsə, bircə nənəmə hədiyyə almışdım.
-Təqaüdünüzü yığıb neynəmək istəyirsiniz?
-Təhsilimə xərcləmək fikrim var. Bildiyiniz kimi xaricdə təhsil üzrə təhsil proqramı bağlanıb ona görə master təhsilini xaricdə almaq çoxlu vəsait tələb edir.
-Magistr təhsilinizi davam etdirmək istəyirsinizmi?
-Mütləq davam etdirəcəyəm. Amma Azərbaycanda magistr təhsili fikirləşmirəm. Yəqin ki, xaricdə təhsil üçün təqaüdlər axtarıb, hansısa xarici universitetdə magist təhsili almağa çalışacam. İstədiyim universitet İsveçrədə ETH Zurich univeresitetidir
-Bunun üçün xüsusi imatahanlar təşkil olunurmu ?
-Bəzi beynəlxalq imtahanlar var universitetlər tərəfindən tələb olunan (GRE, İELTS, TOEFL) Azərbaycanda test mərkəzləri var bildiyim qədər.
- Magistr təhsilinizi xaricdə alsanız, təhsiliniz baş çatdırandan sonra Azərbaycan qayıdacaqsınızmı?
-Yəqin ki, ordan iş tapa bilsəm bir müddət qalıb təcrübə toplamaq istəyərəm. Sonrasına isə zaman qərar verəcək yəqin ki...Vətən üçün çalışmaq, vətənə xidmət etmək istəyərəm əlbət ona görə böyük ehtimalla geri qayıdaram.
-İndi kimlə və harada yaşayırsınız?
-Ailəmlə, Bakıda yaşayıram
-Bakıda eviniz varmı?
Atam hərbiçidir. Ev növbəsindədir
-Anlaşılan bu ki, kirayədə yaşayırsınız...
-Xeyr, qohum evində qalırıq.
-Azərbaycanda harada çalışmaq istərdiniz?
Keçən yay təcrübə keçdiyim texnologiya şirkəti(ATL-İnfoTech) və ya hal-hazırda təcrübə keçdiyim telekommunkasiya şirkəti (Azercell) ola bilər
-Əmək haqqı az olsa necə, orada çalışmaq istərdinizmi?
-Bu dediyim şirkətlərdə əmək haqqının az olmadığını fikirləşirəm, amma olsa belə freelancer kimi işləməək və ya öz layihəmi yaradıb ordan pul qazanmaq olar...Bizim sahə elədi ki, tələbat çoxdu. Həm də mənim üçün puldan daha önəmli olan gördüyüm işlə nəyəsə və ya kiməsə yararlı olmasıdı
-Gələcəkdə haradasa aşağı əmək haqqı ilə çalışsanız və pula ciddi ehtiyacınız olsa, rüşvət alarsınızmı?
-Mənim bu sahədə necə həssas olduğumu istər ailəm istərsə də dostlarım çox yaxşı bilir on görə bu sual mənə çox qəribə gəldi)) mənim üçün dürüstlük və vicdan hər şeydən önəmlidir. dediyim kimi, pul mənim üçün başlıca meyar deyil . Yəni əlbəttə ki yox.
-Bəs ailə qurmaq barədə nə düşünürsünüz?
-Hələ ki bu barədə fikirləşmirəm
-Ailədə neçə uşaqsınız?
-2. Bir qardaşım da var
-Bu ixtisası özünüzmü seçmisiniz?
-Bəli, öz qərarımdı
-Niyə məhz bu ixtisas?
-Texniki elmlərə marağım uşaqlıqdan olub, bu sahədə mütəxəssislərə olan ehtiyacı da nəzərə alıb seçim etdim.
-Qrupda yoldaşlarınızla münasibətiniz necədi?
-Bizdə qrup yoxdu, yəni qruplara bölünməmişik. Ona görə dostlarım və tanışlarım çoxdu. Bilmirəm qıraqdan necə görünürəm, amma mən daha çox özümü bəyənmirəm. Bizim universitetdə tanıdığım məndən qat-qat savadlı və bacarıqlı yoldaşlarım var. TQDK balı heç vaxt ölçü meyarı deyil.
-700 bal toplamaq super istedadmı demıkdir?
-Məncə yox, çalışqanlıq və şans. Bir də yaxşı təhsil mühiti...Bu sarıdan məktəbimə və ordakı möəllimlərimə çox şey borcluyam.
-Test sisteminə münaisbətiniz necədi?
-Test sistemi rüşvətin qarşısını almaq cəhətdən çox yaxşıdır, amma digər tərəfdən,riyzaiyyat müəllimimin bu fikri ilə razıyam ki, bizə zombilər yox, düşünən beyinlər lazımdır. Müəyyən mənada testlərin formatı dəyişsə, yəni açıq suallar və s. daha faydalı olar bəlkə də... Açıq testlər olsa, necə ki, indi hər fəndən bir neçə dənə var, uşaqlar daha çox düşünər və test əzbərləməz.
Sizcə, onda rüşvət halları yaranarmı?
-Məncə, o hallarda rüşvət qaçılmaz olacaq. Biz hələ ona hazır deyilik.
-Boş vaxtlarınızda neynirsiniz?
-Boş vaxtlarımı öz inkiaşfıma sərf etməyə çalışıram. Müxtəlif onlayn kurslar götürürəm, ixtisasıma aid yeni nələrsə öyrənməyə çalışıram.
-Bədii kitab oxuyursunuzmu?
- Bəddi kitablar oxuyuram. Daha çox dünya klassikləri və bəzən də sadəcə mövzusu xoşhuma gələn müasir kitabları..
Söhbətləşdi: Ayyət Əhməd