Tramp-Ərdoğan danışığının təfərrüatları açıqlanıb
04:03 08.02.2017
Arxiv
461
ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında baş tutan telefon danışığı zamanı ikitərəfli əlaqələr və terrorla mübarizə müzakirə olunub. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.
"Prezident Tramp ABŞ-ın NATO üzrə strateji tərəfdaşı və müttəfiqi olan Türkiyəyə dəstək verdiyini bir daha bəyan edib və İŞİD-lə mübarizədə Ankaranın verdiyi töhfəni yüksək qiymətləndirib”, - deyə Ağ Evin məlumatında qeyd olunub.
"Anadolu”nun xəbərinə görə, bəyanatda bildirilir ki, iki ölkə arasında sıx, uzunmüddətli münasibətlər mövcuddur, habelə terrorçuluğun bütün formalarına qarşı birgə mübarizəyə sadiqlik var.
Türkiyə prezidenti terrorla mübarizədə mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, iki ölkəni möhkəm dostluq və müttəfiqlik əlaqələri bağlayır.
Ərdoğan həmçinin Trampa prezidentlik dövründə uğurlar arzulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol