Türk ölkələri Jurnalistlərinin Forumu öz işinə başladı- Qazaxıstanda




Bu gün Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə baş tutan Türk ölkələri Jurnalistlərinin Forumu öz işinə başladı.

Sherg.az xəbər verir ki, Forumun işində 8 ölkədən 50-dən artıq xarici jurnalist iştirak edir. Ümumiyyətlə, foruma qatılan jurnalistlərin sayı 150 nəfərdir. Bu forumda Azərbaycan nümayəndə heyyətinin tərkibi 4 nəfərdən ibarətdir. 

Bura İctimai Televizyanın əməkdaşı Füzuli Məcidli, Müstəqil jurnalist, tədqiqatçı Aida Eyvazlı, Araşdırmaçı jurnalist, "Şərq"qəzetinin baş redaktoru Akif Aşırlı və Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının təmsilçisi Ceyhun Şahverdiyev daxildir.

Qeyd edək ki, sabah forum öz işinə Türküstan şəhərində başlayacaq. Forumun əsas müzakirə mövzusu Türk cümhuriyyətləri arasında informasiya mübadiləsi, informasiya əlaqələrinin qurulması və türkdilli ölkələr arasında vahid informasiya məkanının yaradılması olacaq.

Ayyət