“Türkiyə-Azərbaycan-Gürcüstan formatı hər üç dövlətin mənafeyinə uyğundur” - AKTUAL ŞƏRH
13:32 12.06.2019
Arxiv
966
Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Türkiyə-Gürcüstan müdafiə nazirlərinin ikitərəfli görüşlərindən sonra nazirlərin üçtərəfli görüşü keçirilib.
Məlumata görə, Azərbaycanın müdafiə naziri Zakir Həsənov üç ölkənin təhlükəsizliyi və hərbi əməkdaşlığı baxımından bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Nazir qeyd edib ki, artıq 7-ci dəfədir, bu formatda görüş keçirilir.
Türkiyə və Gürcüstanın müdafiə nazirləri də əməkdaşlığın inkişafı üçün bu görüşün keçirilməsini vacib sayıblar. Üçtərəfli görüşdə hərbi qurumların rəhbərləri regional təhlükəsizlik məsələlərini, ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Görüş çərçivəsində, Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planı təsdiqlənib. Planı Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Levan İzoriya imzalayıb. Əməkdaşlıq planında Müdafiə Nazirlikləri arasında müxtəlif mövzularda məsləhətləşmələrin təşkili, birgə təlimlərin keçirilməsi və digər məsələlər öz əksini tapır.
Görüşü şərh edən "Sherg.az”a danışan politoloq Azər Rəşidoğlu bildirib ki, söhbət yalnız Azərbaycan və Gürcüstan arasındakı hərbi əməkdaşlıqdan getmir, eyni zamanda Bakı – Ankara – Tiflis müttəfiqliyi nəzərdə tutulur:
"Hər üç ölkənin birgə hərbi təlimlər keçirməsi Azərbaycan ordusunun inkişafı və NATO standartlarına uyğunlaşması baxımından böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Türkiyə-Azərbaycan-Gürcüstan formatı istənilən baxımdan hər üç dövlətin maraqlarına və mənafeyinə uyğun bir formatdır. Bu format xeyli vaxtdır fəaliyyətdədir. Sonuncu görüşdə isə hərbi əməkdaşlığın inkişafı istiqamətində növbəti önəmli addımlar atılıb.
Konkret olaraq onu qeyd eləmək olar ki, üç ölkənin birgə hərbi təliminin keçirilməsi olduqca əhəmiyyətlidir. Türkiyə NATO-nun üzvüdür. Gürcüstan isə NATO-ya üzvlük yolunda ciddi məsafələr qət etmiş bir dövlətdir, NATO-ya inteqrasiya yolundadır. Azərbaycana gəldikdə isə ölkəmiz hələlik NATO-ya üzvlük kursu seçməsə də, Azərbaycanın da xarici siyasət kursu avroatlantik sturkturlara inteqrasiyaya hesablanıb” .
Politoloq qeyd edib ki, üçtərəfli formatda hərbi təlimlərin keçirilməsi Türkiyənin Cənubi Qafqazda nüfuzunu artıra bilər:
"Türkiyənin Qafqazda nüfuzunun artması Azərbaycan və Gürcüstanın maraqlarına uyğundur. Həm Azərbaycanın, həm də Gürcüstanın çox ciddi təhlükəsizlik problemləri var. Hər iki ölkənin problemləri bir-birinə çox oxşardır. Bu problemləri aradan qaldırmaq hər iki dövlətin əsas məsələsidir. Təbii ki, hər iki tərəf bu məsələdə xaricdən müttəfiqlər axtarmağa bir növ məcburdur.
Müttəfiq qismində də ilk növbədə bu regiona ən yaxın, eyni zamanda regionda ciddi maraqları olan dövlətlərdən biri olan Türkiyə ola bilər. Türkiyə-Azərbaycan münasibətləri srtateji əməkdaşlıq səviyyəsindədir. Türkiyə-Gürcüstan münasibətləri də son vaxtlar sürətlə inkişaf edir. Xüsusən Gürcüstanın NATO-ya inteqrasiyası prossesində Türkiyə ciddi rol oynayacaq. Çünki Türkiyə Gürcüstanla quru sərhədə malik yeganə NATO dövlətidir.
Üç ölkənin hərbi sahədə əməkdaşlığı regional sabitliyə töhfə verə bilər. Qonşu ölkələrin hərbi-müdafiə sahəsində əməkdaşlığı regional sabitliyə xidmət edir. Hər üç ölkənin silahlı qüvvələrinin birgə təlimləri onların operativ uyğunluğunu artırır.
Onlar gələcəkdə istər sülhməramlı əməliyyat çərçivəsində, istərsə də bir ittifaq daxilində olarlarsa, bu birgə müdafiə təlimləri görmək üçün faydalı ola bilər. Azərbaycanın ticarət və nəqliyyat, eyni zamanda enerji yolları Gürcüstan və Türkiyə üzərindən keçir. Bu baxımdan hər üç dövlətin müdafiə və hərbi sahədə əməkdaşlığı və bu əməkdaşlığın inkişaf etdirməsi gözlənilən idi. Çünki bu hər üç dövlətin marağına uyğundur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya