Türkiyə Ermənistanla sərhədləri açır ?! - "Ərdoğan sözünün ağasıdır"







"Serj Sarkisyan Ermənistan-Türkiyə protokollarının ratifikasiya olunmamasına görə, az qala Türkiyəyə ultimatum göndərir”.

Bunu "Sherg.az”a Ermənistan prezidenti Serj Sarkisyanın Münhen Təhlükəsizlik Konfransında çıxışından danışarkən millət vəkili, politoloq Rasim Musabəyov deyib. 

O qeyd edib ki, Türkiyə sərhədləri açmayacaq:

"Sarkisyanın bu cür iddialı danışmasının heç bir əhəmiyyəti yoxdur. Ermənilər Azərbaycan torpaqlarından çəkilmədiyi müddətdə Türkiyə-Ermənistan münasibətləri yaxşılaşmayacaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həm Türkiyə, həm Azərbaycan xalqı qarşısında bəyan edib və Ərdoğan sözünün ağasıdır ”.

Qeyd edək ki, Serj Sarkisyan bildirib ki, Türkiyə protokolların ratifikasiyası üçün yeni şəraitin yaranmasını gözləmək niyyətindədirsə, yanılır:

" Yeni şəraitdə danışıqlar artıq yeni sənəd üzrə aparılmalıdır. Ermənistan ilkin şərtlər irəli sürmür və heç kimdən ilkin şərtləri qəbul etməyəcək”.

Aysel Aslan