Türkiyə gələn aydan S-400 zenit-raket komplekslərinin qəbuluna başlayır
11:10 25.06.2019
Arxiv
871
Rusiyadan satın alınan S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması carı ilin iyulunda başlayacaq.
AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.
"Gələn aydan etibarən S-400 komplekslərinin qəbuluna başlayırıq. Zenit-raket komplekslərinin alınması bizim suveren hüququmuzdur və buna görə də biz güzəştə getməyəcəyik”, - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyə və Rusiya S-400 "Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi 2017-ci ilin dekabrında imzalayıb. Sazişə əsasən, Ankara iki zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib.
Ankaranın bu addımı ABŞ və NATO-nun ciddi narazılığına səbəb olub. Birləşmiş Ştatlar S-400 "Triumf” zenit-raket komplekslərini alacağı təqdirdə Ankaranı beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin çatdırılması proqramından tamamilə çıxarmaqla hədələyib.
Türkiyə ən azı 100 ədəd "F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilir.
Uzaq məsafəli zenit raket sistemi - S-400 "Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm