Türkiyə hökuməti “Mercedes” haqqında təhqiqat aparacaq
14:39 24.03.2017
Arxiv
569
Türkiyə ilə Almaniya arasındakı gərginlik sanksiya xarakterli qarşılıqlı addımlarla davam edir.
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Rəqabət Qurumu "Mercedes-Benz Türk” Anonim Şirkəti haqqında araşdırma aparmaq barədə qərar qəbul edib.
Qərar "Mercedes-Benz Türk AŞ”nin beton pompası istehsalçıları ilə müqavilələrdə endirimlər yolu ilə bazardakı hakim rolundan sui-istifadə etməsi və beton pompasının montaj edildiyi yük avtomobilləri bazarında rəqabəti pozduğu barədə müraciət əsasında qəbul olunub. Araşdırma zamanı "Mercedes”in Türkiyənin "Rəqabət haqqında” qanununa zidd hərəkət edib-etmədiyi müəyyənləşəcək.
Türkiyə İqtisadiyyat Nazirliyi isə "Ak Kimya” şirkətinin müraciəti əsasında Almaniya və İsveçdən sodium perkarbonat idxalı ilə bağlı dempinq araşdırması aparmağa qərar verib. Araşdırma zamanı hər iki ölkədən alınan məhsulların Türkiyəyə aşağı qiymətlə daxil olması nəticəsində yerli istehsalçının zərərə məruz qalıb-qalmadığı müəyyənləşdiriləcək. Bu idxalın yerli istehsalçının hüquqlarını pozduğu müəyyən edilərsə, Almaniya və İsveçdən sodium perkarbonat idxalına antidempinq vergisi tətbiq olunacaq. Sodium perkarbonatlar ağardıcı, ləkə çıxarıcı, eləcə də müxtəlif qida və kosmetik məmulatlarda dezenfeksiyaedici kimi istifadə olunur.
Xatırladaq ki, Almaniya hökuməti Türkiyəyə tank müdafiə sistemləri və yüngül silahların satışına qadağa qoyub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi