Türkiyədə 35 jurnalistə qarşı əməliyyat - FETÖ İTTİHAMI




İstanbul Prokurorluğunun FETÖ təşkilatının media qolu ilə bağlı başlatdığı istintaq çərçivəsində 35 mətbuat nümayəndəsi haqqında saxlanma qərarı seçilib.

Lent.az-ın sözcü-ə istinadən məlumatına görə, siyahıda adı yer alan qəzet işçiləri "bylock istifadəçisi” iddiası ilə saxlanılıblar.

Həmin şəxslər arasında "Birgün" qəzetinin redaktorlarından Burak Ekici də var. Saxlanılan şəxslərin evlərində araşdırmalar aparılır.