"Türkiyədə bir bələdiyyənin İrəvana teatr nümayişinə getməsi..."




"Türkiyə teatrının Ermənistana qastrola getməsi Türkiyə və Azərbaycan münasibətlərinə xələl gətirə bilməz”.

Bunu Sherg.az-a Bursa şəhərinin Nilufər rayon bələdiyyə teatrının kollektivinin Ermənistana qastrola hazırlaşmasına münasibət bildirərkən Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. 

O bildirib ki, Türkiyə teatrları əsasən ayrı-ayrı şəxslərin də rəhbərliy ilə fəaliyyət göstərir. Onların dövlət teatrı olması inandırıcı deyil:

"Onlar özləri də Ermənistanla mədəni əlaqələr qururlar. Amma Türkiyə dövlətinin Ermənistanla əlaqələrində xüsusi məsələlərə diqqət edilir. Türkiyə Azərbaycanın torpaqları azad olunmayana qədər Ermənistanla heç bir diplomatik əlaqə qurmayacağını bəyan edib. 80 milyon əhalisi olan Türkiyədə bir qrup şəxsin, bələdiyyənin qalxıb, İrəvanın teatr nümayişinə getməsi Türkiyə-Azərbaycan əlaqələrinə zərrə qədər kölgə sala bilməz. Azərbaycan və Türkiyə əlaqələri sağlam köklər əsasında durur”.

T.Rüstəmxanlı onu da əlavə edib ki, Türkiyə-Ermənistan sərhədləri bağlı olsa da, Gürcüstan üzərindən və başqa vasitələrlə Ermənistana gedib, gəlirlər:

"Bu işi əgər həmin teatr boynuna götürübsə, yol tapacaqlar. İrəvandan olan bir çox qaçaq erməni Türkiyədə çalışır. Onlar da ölkədən-ölkəyə keçməyə yol tapır.

Azərbaycan Diaspora Mərkəzi Bursada, ümumən Türkiyədə işlər görməlidir. İctimai qurumları hərəkətə keçirmək lazımdır ki, boykotlar həyata keçirilsin.

Onların əsərini səhnələşdirdiyi erməni yazarın Osmanlı tarixində bir sıra xidmətləri olub. Ola bilsin indiki Türkiyə ərazisində də yaşayıb. Ona görə onun əsərini səhnələşdirirlər”.

Aysel Aslan