Türkiyədə COVID-19-a qarşı mübarizə gücləndi: Xəstələrə iki illik nəzarət mərkəzləri açılır
09:04 16.12.2020
Arxiv
385
Türkiyədə koronavirus xəstələrinin sağlamlıq vəziyyətinə nəzarət və izləmə üçün “COVID-19 İzləmə Mərkəzləri” açılmağa başlanılıb.
“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verir ki, Mərkəzlərin qısa müddətdə 24 vilayətdəki 30 sağlamlıq bölgəsinə və daha sonra bütün ölkə üzrə genişləndirilməsi hədəflənir.
COVID-19 olan xəstələrə ən az 2 il nəzarət ediləcək və onların mümkün sağlamlıq problemlərinə erkən müdaxilə olunacaq. Eyni zamanda, bu xəstəliklə mübarizədə səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq üçün təyin ediləcək yeni siyasətlər üzərində işlər aparılacaq.
Mərkəzlərdə elmi tədqiqatlara zəmin yaratmaq üçün yeni metodlar da inkişaf etdiriləcək.
Mərkəzlərə dəvət könüllülük prinsipinə əsaslanacaq. COVID-19 müəyyən olunan vətəndaşlara zəng edilərək mərkəzə dəvət ediləcək və onlarla görüş təyin olunacaq. Həmin şəxsin sağlamlıq vəziyyəti qiymətləndiriləcək və zəruri hallarda o, müvafiq ekspertiza sahələrinə yönəldiləcək. Beləliklə, COVID-19-un uzunmüddətli təsirləri yaxından izləniləcək və mümkün sağlamlıq problemlərinin qarşısı alınacaq.
Mərkəzlərdə edilən əməliyyatlar üçün heç bir ödəniş olmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian öldürülən etirazçılardan danışdı
22:33 17.02.2026
Region
Hacıqabulda baş verən qəzada sürücü ölüb
22:12 17.02.2026
Hadisə
Yıldız Tilbə 12 min nəfərə iftar verəcək
21:20 17.02.2026
Dünya
“Nyukasl”ın baş məşqçisi Qələbə qazanmaq bizim üçün vacibdir
20:50 17.02.2026
Dünya
Leyla Əliyeva Albaniyanın Baş naziri ilə görüşüb
20:41 17.02.2026
Siyasət
Avropa Komissiyası "Shein" platformasına qarşı araşdırma başlatdı
20:20 17.02.2026
Dünya
Nərimanı heç kim əvəz etməyəcək - Qurbanov
20:09 17.02.2026
Futbol
Cenevrədə İran–ABŞ danışıqları başa çatdı
19:58 17.02.2026
Dünya
Ərdoğan: Afrikada yeni münaqişə bölgələrinin yaranmasına qarşıyıq
19:49 17.02.2026
Dünya
Əraqçı: "ABŞ-İran danışıqları konstruktiv məcrada keçib"
19:32 17.02.2026
Dünya
Münhen Təhlükəsizlik Konfransında Bakı güclü mesaj verdi - ŞƏRH
19:16 17.02.2026
Gündəm
ABŞ-nin xüsusi təyyarəsi Britaniya sahillərində qəza siqnalı verdi
19:03 17.02.2026
Dünya
Bəzi şəxslərə pulsuz mənzil veriləcək
18:55 17.02.2026
Sosial
"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb
18:52 17.02.2026
Futbol