Türkiyədə dəhşətli qəza: 7 nəfər ölüb, 19 yaralı var



Türkiyədə traktorla mikroavtobusun toqquşması nəticəsində ən azı 7 nəfər həlak olub, 19 nəfər yaralanıb.

Türkiyə mətbuatı xəbər verir ki, hadisə Qaziyəntəp əyalətində baş verib.

Qəza zamanı 4 nəfər həlak olub, daha 3 nəfər isə aldığı xəsarətlərdən dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan üçünün vəziyyəti son dərəcə ağırdır. Qəzanın səbəbləri araşdırılır.