Türkiyədə "Facebook" və "Twitter"ə giriş məhdudlaşdırılıb






Türkiyədə "Twitter”, "Facebook” və "Youtube” sosial şəbəkələrinə girişə məhdudiyyət yaradılıb.

Sherg.az-ın Lent.az-a istinadən xəbər verir ki, Türkiyə Kiv-ə istinadən məlumatına görə, ölkədə Xalqların Demokratik Partiyasının ( HDP) liderləri Demirtaş və Yüksekdağ ilə HDP-li vəkillərin saxlanılması əməliyyatından sonra Türkiyədə bu sosial şəbəkələrə girişə məhdudiyyət qoyulub.