Türkiyədə referendumun tarixi ilə bağlı İLGİNC FAKT: 89 il öncə həmin gün…




Xəbər verdiyimiz kimi, Türkiyədə referendumun tarixi müəyyənləşib. 

Belə ki, prezident Ərdoğanın baş müşaviri İlnur Çevik açıqlamasında bildirib ki, referendum böyük ehtimalla aprelin 9-da keçiriləcək.

9 aprel tarixi isə Türkiyədə başqa bir konstitusiya dəyişikliyi ilə yadda qalıb.

1928-ci il aprelin 9-da Türkiyə Böyük Millət Məclisi konstitusiyanın ikinci maddəsini dəyişdirib və laisizm (laiklik) qüvvəyə minib. Həmçinin, konstitusiyanın həmin maddəsindən "Türkiyə Dövlətinin dini İslamdır" cümləsi çıxarılıb.