Türkiyədə yaşayan azərbaycanlı professor: “ABŞ-ın İrana qarşı sanksiyalarından Ermənistan da ciddi ziyan çəkəcək”

Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalardan İranla ticari əlaqəsi olan ölkələr də ziyan görəcək. Xüsusən, Ermənistanın onsuz da ağır olan sosial-iqtisadi həyatına ciddi zərbə dəyəcək""



"Ermənistanın yürütdüyü yanlış və təcavüzkar siyasət nəticəsində ölkə təcrid olunub və bölgədəki böyük layihələrdən kənarda qalıb”.

Bunu "sherg.az”a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı professor, politoloq Toğrul İsmayıl deyib. Ermənistanın məruz qaldığı iqtisadi böhranı dəyərləndirən siyasi şərhçi bəyan edib ki, blokada digər dövlətlər tərəfindən bilərəkdən və qəsdən həyata keçirilən taktikadır. Amma bu prosesdə özünü təcrid edən məhz işğalçı Ermənistan dövlətidir:

"Azərbaycan ərazilərini işğal edən, Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan öz-özünü ətrafdan təcrid edib. Ağır durumda olan Ermənistan iqtisadiyyatının ciddi investisiyalara ehtiyacı var. İrəvan hökumətinin bunu təkbaşına etməsi isə mümkün deyil. Dünyada baş verən böhran nəticəsində Ermənistan iqtisadiyyatı ciddi böhran qarşısında qalıb və qalmaqda davam edəcək. Məhdud iqtisadi rezervlərə sahib olan bu ölkə hər zaman kənar dövlətlərə ehtiyac duyub”.

Analitik bildirib ki, İran Ermənistanın ciddi portnyorlarından biri sayılır:

"İranla iş birliyi Ermənistan üçün çox vacibdir. Məlumdur ki, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalardan İranla ticari əlaqəsi olan ölkələr də ziyan çəkəcək. Xüsusən, Ermənistanın vəziyyəti daha bərbad duruma düşəcək və onsuz da ağır olan sosial-iqtisadi həyatına ciddi zərbə dəyəcək. Bu da o deməkdir ki, Ermənistan iqtisadiyyatı yeni böhranla qarşı-qarşıyadır”.

T.İsmayılın sözlərinə görə, Nikol Paşinyan hökuməti çıxış yolu üçün alternativlər axtarır. Ona görə də Avrasiya İqtisadi Birliyi çərçivəsində Qazaxıstan və digər dövlətlərlə əməkdaşlığı genişləndirməyə çalışır:

"Lakin birbaşa əlaqənin yoxluğu və həmin ölkələrin xeyli uzaq məsafədə olması problemlər yaradır. Yəni hansısa anlaşmanın həm maliyyəsi baha başa gəlir, həm də yol xərclərinin artmasına səbəb olur. Nəticə etibarı ilə Ermənistana gəlib çatan malların dəyəri xeyli yüksəlir. Şübhəsiz, Türkiyə-ABŞ arasında yaşanan gərginlik iqtisadi vəziyyətə və digər məsələlərə mənfi təsirini göstərəcək. Əlbəttə, Ermənistan da bundan faydalanmağa çalışacaq. Lakin bölgədə iqtisadi vəziyyətin qeyri-stabil olduğu dövrdə Ermənistan istisadiyyatının dirçələcəyini düşünmək sadəlövhlük olardı. Ermənistanı gözləyən ciddi iqtisadi böhran qaçılmazdır”.

İsmayıl