Türkiyədəki partlayışı PKK törədib: 1 ölü, 50-dən çox yaralı (YENİLƏNİB-3)




Bu gün Türkiyənin Diyarbəkir şəhərindəki partlayışı PKK terror təşkilatı törədib.

Trend-in məlumatına görə, bu barədə Diyarbəkir valiliyinin açıqlamasında deyilir.

Hadisə nəticəsində xəsarət alanların sayı 50-ni ötüb.


X X X

10:00

Bu gün səhər saatlarında Türkiyənin Diyarbəkir şəhərinin mərkəzində güclü partlayış olub.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış şəhər Polis İdarəsinin inzibati binasının yaxınlığında baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 30-dan çox şəxs xəsarət alıb.

Bundan əvvəl 6 nəfərin yaralandığı bildirilirdi.

Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə salınması ilə törədildiyi ehtimal edilən partlayışın gücündən yaxınlıqdakı binalar da ciddi zərər görüb.

Partlayışdan sonra atışma olduğu deyilir.