Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ortalarında istismara veriləcək
07:59 12.02.2017
Arxiv
507
"Əgər Ermənistan işğala son qoyub, Azərbaycanla münasibətlərini normallaşdırarsa, sərhədlər o zaman açılar”
Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ortalarında istismara veriləcək.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Qarsda QHT təmsilçiləri ilə görüşdə bildirib.
Ə. Arslan qarlı havaların işləri müəyyən qədər ləngitdiyini söyləyib: "Mart-aprel aylarında gərgin işləməklə dəmir yolunu test mərhələsinə gətirib çıxaracağıq. İnşaallah, çu ilin ortasında da bölgə və bizim üçün önəmli Bakı-Tbilisi-Qars dəmir yolu açılacaq. Qarsda tikilməsi nəzərdə tutulan lojistik mərkəz də Bakı-Tbilisi-Qars dəmir yolunun davamıdır. İkinci mərhələdə İğdır üzərindən Naxçıvana, İrana, Pakistana, hətta Hindistana qədər uzanacaq dəmir yolu layihəsinin həyata keçirilməsini önəmli sayırıq və bunun üzərində çalışırıq ”.
Ə. Arslan Türkiyə-Ermənistan sərhədlərinin qapalı olmasına da toxunub: "Əgər Ermənistan işğala son qoyub, Azərbaycanla münasibətlərini normallaşdırarsa, sərhədlər o zaman açılar. Ona görə də hazırda Gürcüstanla sərhəddəki Aktaş sərhəd-keçid məntəqəsi bizim üçün çox önəmlidir. Gürcüstan istiqamətində bir tunelimiz var, onun da inşaatına başlamışıq və ilin ortalarında inşaatı başa çatdıracağıq. Biz Qarsı yollarla ətraf coğrafiya ilə birləşdirəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya