Türkiyənin xarici ticarət balansının kəsiri 23 faiz azalıb
13:30 31.12.2018
Arxiv
592
Bu ilin yanvar-noyabr aylarında Türkiyədən ixracın dəyəri 154,186 mlrd. ABŞ dolları, Türkiyəyə idxalın dəyəri isə 206,505 mlrd. ABŞ dolları təşkil edib.
"Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.
Son nəticədə 11 ay ərzində qonşu ölkənin xarici ticarət balansında 52,319 mlrd. dollarlıq kəsir yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,6% azdır. Son 1 ildə ixracın idxalı qarşılama nisbəti isə 67,9%-dən 74,7%-ə yüksəlib.
Ayrıca noyabr ayında isə Türkiyədən ixracın dəyəri 15,529 mlrd. ABŞ dolları, Türkiyəyə idxalın dəyəri isə 16,18 mlrd. ABŞ dolları təşkil edib. Beləliklə, ay ərzində qonşu ölkənin xarici ticarət balansında 651 mln. dollarlıq kəsir yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 89,8% azdır. Son 1 ildə ixracın idxalı qarşılama nisbəti isə 69,1%-dən 96%-ə yüksəlib.
Ötən ay Türkiyədən Avropa İttifaqı ölkələrinə ixracın dəyəri 7,73 mlrd. dollar olub ki, bu da 2017-ci ilin noyabrına nisbətən 10,9% çoxdur. İl ərzində ittifaq üzvlərinin Türkiyənin ixracında payı 49,1%-dən 49,8%-ə çatıb.
Noyabrda Avropada Türkiyədən ən çox mal idxal edən Almaniya olub – 1,43 mlrd. dollaqlıq. Növbəti yerlərdə Böyük Britaniya (983 mln. dollar) və İraq (855 mln. dollar) qərarlaşıb.
Ötən ay Türkiyənin ən çox mal idxal etdiyi ölkə isə Rusiya olub – 1,756 mlrd. dollarlıq. Növbəti yerləri Almaniya (1,566 mlrd. dollar), Çin (1,391 mlrd. dollar) və ABŞ (1,107 mlrd. dollar) tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə