Türkiyəyə səkkiz ayda 27 milyondan çox turist gəlib






Türkiyə cari ilin ilk səkkiz ayında 27 milyon 23 min 134 xarici turistə ev sahibliyi edib.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.92 faiz çoxdur. Avqust ayında ölkəyə 5 milyon 383 min 332 gəldiyi bildirilir. Ötən ay gələn turistlərin sayına görə, Rusiya birinci yeri tutur. İkinci yerdə Almaniya, sonrakı yerdə isə İngiltərə vətəndaşları qərar tutur. Onların 2 milyon 74 min 498-i Antalyaya, 1 milyon 391 min 36 nəfəri İstanbula, qalanları isə Türkiyənin başqa bölgələrinə gəliblər.

Türkiyə ilin sonuna qədər 40 milyon xarici turistə ev sahibliyi etmək niyyətindədir.