Türkmənistanda prezident seçkilərində seçici fəallığı 51 faizi ötüb - YENİLƏNİB





Bu gün Türkmənistanda keçirilən prezident seçkilərində 4 saat ərzində seçicilərin 51 faizindən çoxu səs verib.
APA-nın məlumatına görə, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq.
Türkmənistan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 11.00-a (Bakı vaxtı ilə saat 10.00) seçici fəallığının 51,45 faiz olduğunu açıqlayıb. Bu müddət ərzində 3,2 milyon seçicidən 1 milyon 662 seçici səs verib
***
saat 09.39
Bu gün Türkmənistanda prezident seçkiləri keçirilir.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq.
Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) saat 09.00-a seçici fəallığının 25,5 faiz olduğunu açıqlayıb.
Səsvermədə seçicilərin yarıdan çoxunun səsini alan namizəd prezident seçiləcək. Prezident postu uğrunda hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, 8 namizəd mübarizə aparır.