Ucarda dəhşətli qəza - 18 yaşlı oğlanı iki maşın vurdu
17:11 17.11.2017
Arxiv
661
Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində baş verib.
Gəncə şəhər sakini Gəray Aydın oğlu Məmmədov idarə etdiyi "Opel" markalı minik maşını ilə hərəkətdə olarkən yolun hərəkət hissəsinə çıxan Ucar rayonun Pirkənd kənd sakini, 1999-ci il təvəllüdlü Ülvi Ağaismayıl oğlu İsmayılovu vurub. "Opel" markalı maşınının vurduğu piyadanı eyni istiqamətdə hərəkət edən 99 GC 923 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını da vurub. Aldığı xəsarətlərdən Ü. İsmayılov hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, mərhum Ü. İsmayılov hərbi xidmətə çağrılıbmış.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə