Ucarda xəstəxanada 24 yaşlı gənc müəmmalı şəkildə dünyasını dəyişib
19:02 14.09.2016
Arxiv
372
Ucar sakini xəstəxanada ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayonun Qazyan kənd sakini, 1992-ci il təvəllüdlü Rəhim Polad oğlu Ələkbərov xəstəxanada dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, sağlam vəziyyətdə xəstəxananın təcili tibbi yardım stansiyası daxil olan R. Ələkbərov həkimin səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Təcili tibbi yardım stansiyasının həkimi Ramil Tağızadə gecə saat 03:00 radələrində Ələkbərovun xəstəxanaya daxil olduğunu, ona lazımı tibbi yardın göstərildiyini və xəstəliyin ciddi olması barədə yaxınlarına məlumat verildiyini bildirib. Həkimin sözlərinə görə, Ələkbərovun yaxınları xəstəliyin ciddi olmadığını düşünərək onu evə aparıblar. Səhər saat 09:30 radələrində mərhum yenidən xəstəxanaya gətirilib. Ona ilkin yardım göstərilib, analizlər götürülüb. Analizlərin nəticəsinə görə, onun ağ ciyər vərəmi olduğu ehtimal olunduğundan vəziyyətin ciddiliyini nəzərə alınaraq o, reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq R. Ələkbərov orada dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya