Üçəmlərin yatmağa belə yeri yoxdur

Tuba və Mehmed cütlüyü, 8 il əvvəl daha yaxşı şərtlərdə yaşamaq üçün Şanlıurfadan Antaliyaya daşındı. Antaliyada 5 il əvvəl Bünyamin adını verdikləri uşaqları dünyaya gələn cütlük, ikinci uşaqları üçün uzun müddət müalicə aldı. Müalicə nəticəsində  hamilə qalan Tuba Çiftiçi, həkiminin üçəm  gözlədiyini söyləməsi ilə böyük sevinc yaşadı. Tuba Çiftiçi  3 ay əvvəl  üçəmlərini dünyaya gətirdi.
Həyat yoldaşının minimum məvacib ilə bir sobada pide ustası olaraq işlədiyini  izah edən Tuba, körpələri üçün aldığı  55 lirəlik uşaq yeməyinin iki gündə bitdiyini söyləyir. Aylıq ortalama 700 lirəni uşaq qidası üçün xərclədiklərini söyləyən Tuba, "450 lirəyə kirayədə yaşayırıq. Həyat yoldaşımın maaşı körpələrin yemi, bez və kirayə puluna çatır. Ev sahibi bu ay kirayəni 550 lirəyə qaldıracaq. Məcbur qalıb  kirayəsi daha aşağı olan bir yerə köçmək  məcburiyyətindəyik. Körpələrə baxmağa çətinlik çəkirəm. Ölkı başçımızdan uşaqlarım üçün dəstək istəyirəm. Qonşularım qida və bez gətirir, amma artıq onlardan bir şey gözləyə bilmirəm" deyə danışır.
Tuba  körpələrin beşiyini bir qonşusundan aldığını qeyd edir. Üçəmlərin beşiyə sığmadığını deyən ana, bir körpəni uşaq arabasında  yatızdırmaq  məcburiyyətində qaldığını söyləyir.