Ukraynanın azərbaycanlı naziri tutuldu
05:27 03.03.2017
Arxiv
692
Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə "Ukrainskaya Pravda” nəşri Ukrayna Milli Antikorrupsiya Bürosuna istinadən məlumat yayıb.
"Nəsirov "qaz işi” çərçivəsində aparılan axtarış zamanı saxlanılıb”, - deyə Bürodan bildirilib. Bundan əvvəl DFX binasında axtarış aparılıb.
Məlumata görə, hazırda Nəsirov barəsində istintaq tədbirləri həyata keçirilir.
R.Nəsirovun vəkilləri onun huşsuz vəziyyətdə olduğunu əsas gətirərək, istintaq tədbirlərinin qanuna zidd aparıldığını iddia edirlər. Onlar R.Nəsirovun saxlanılması qərarından şikayət verəcəklərini bildiriblər.
Vəkil Denis Fetisovun sözlərinə görə, R.Nəsirov Ukrayna CM-nin 364-cü maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.
Məlumata görə, huşsuz vəziyyətdə olan Roman Nəsirov "Feofaniya” klinikasından xərəklə kardioloji korpusa aparılıb. Onun reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Həkimlər R.Nəsirovun infarkt keçirdiyini bildiriblər.
Qeyd edək ki, bir müddət əvvəl Ali Radanın deputatı Aleksandr Onişenko barəsində "külli miqdarda dövlət əmlakının talanması» maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə, ölkə daxilində hasil olunan qazı aşağı salınmış qiymətlərlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Qeyd olunan hərəkətlər nəticəsində dövlətə 120,5 mln. dollar ziyan dəydiyi qeyd olunur. Sonradan Rada Onişenkonun cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsinə razılıq verib, lakin qərar qəbul edilməzdən əvvəl Onişenko ölkəni tərk edib. Deputat həmçinin dövlətə xəyanətdə və Ukraynada vəziyyəti gərginləşdirməyə hazırlıq görməkdə şübhəli bilinir.
Barəsində axtarış elan edilən Aleksandr Onişenko Roman Nəsirovun saxlanılmasını şərh edib.
"Bu, Ukrayna Milli Antikorrupsiya Bürosunun (UMAB) indiyədək uğradığı və bundan sonra uğraya biləcəyi ən böyük uğursuzluqdur. İstintaq heç nə sübut edə bilməyəcək. Çünki Nəsirovla münasibətlərimizdə heç vaxt pul faktoru olmayıb. Bu səviyyədə bir şəxsin saxlanılması və həbs edilməsi UMAB-a və, ümumilikdə, hakimiyyətə böyük zərbədir”, - deyə o bildirib.
Onun sözlərinə görə, "bir nəfəri gözdən salmaq cəhdi bütün antikorrupsiya sisteminin nüfuzdan düşməsi ilə nəticələnə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm