Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü Pakistanda da anılıb - FOTO
10:35 12.12.2020
Arxiv
394
Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü Azərbaycanın Pakistandakı Səfirliyində də anılıb.
Səfirliyin verdiyi məlumata əsasən, keçirilən tədbirdə ilk öncə ulu öndərin büstü önünə gül dəstəsi qoyulub, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə çıxış edərək ölkəmizin dövlətçiliyinin qorunub-saxlanmasında və müstəqilliyin gücləndirilməsində, milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, siyasi və iqtisadi nailiyyətlərin əldə olunmasında, Azərbaycanın beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu və xalqımız qarşısındakı unudulmaz xidmətləri haqqında məlumat verib.
Səfir ulu öndər Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi davamlı səy və xidmətlərini də xüsusi vurğulayaraq, məhz onun müdrik siyasəti, təcrübəsi və 1994-cü ildə atəşkəs anlaşmasını imzalaması nəticəsində Azərbaycanın digər torpaqlarının işğalının və müstəqilliyinin itirilməsinin qarşısının alındığını, atəşkəsdən sonra güclü dövlət və ordu quruculuğuna başlandığını və bu müdrik siyasəti uğurla davam etdirən ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən ağrılı problemlərindən biri olan Dağlıq Qarabağ məsələsinin də həll olunduğunu, əzəli Azərbaycan torpaqlarının işğaldan azad edildiyini və Azərbaycanın Vətən müharibəsində qələbə qazandığını bildirib.
Səfir builki anım ilinin xüsusi dövrə təsadüf etdiyini, ulu öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüynün təmin olunması arzusunun reallaşdığını və onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm