UNEC professorların nümunəvi dərslərinin keçirilməsi ənənəsini davam etdirirc - Fotolar

UNEC-də gənc müəllimlərdə tədris bacarıqlarının formalaşdırılmasında mühüm əhəmiyyətə malik olan məsələlərdən biri biliyin ötürülməsi prosesində istifadə olunan tədris metodlarıdır.
"Sherg.az” xəbər verir ki, təhsilverənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda professorların tədris və təlim texnologiyaları sahəsində öz biliklərini gənc müəllimlərə ötürülməsi məqsədilə 2018/2019-cu tədris ilinin 
Yaz semestri ərzində UNEC professorların nümunəvi dərslərinin keçirilməsi ənənəsini davam etdirir. Müasir dövrün aktual problemlərinə həsr olunan nümunəvi dərslərin dinləyiciləri innovativ təlim texnologiyalarının tətbiqi ilə yanaşı, nümunəvi dərsdə öyrənilən problemlə bağlı nəzəri bilik və praktiki bacarıqlara da yiyələnəcələr. Belə nümunəvi dəslərdən "İqtisadiyyat” kafedrasının professorları Məmmədov Elşad Yaqub oğlunun «Региональный анализ экономики Азербайджана» mövzusunda və İbrahimov Müslüm Azad oğlunun "Мировое движение капитала и ТНК» mövzusunda keçirilən ustad dərslərini qeyd etmək olar.
İnanırıq ki, UNEC gələcək də belə uğurlu layihələrini davam etdirəcək.