"Uşaq evinə qoymağı düşünürdüm..." - Qalmaqallı ata "Sherg.az"-a danışdı





"Məni aldadıblar”. Övladını satmaq üçün internet saytda elan yerləşdirən Orxan adlı şəxs "Sherg.az”a danışıb. O deyib ki, uşağını satmağı düşünməyib:

"Mən sadəcə oğlumu uşaq evinə qoymağı düşünürdüm. Eşitmişdim ki, orada olsa həftəsonu görə bilərəm. Dedim, heç olmasa uşaq həftənin 5 günü ac qalmasın, qayğısına qalan olsun.
İnternet kluba getdim ki, uşağı necə uşaq evinə vermək lazımdır, öyrənim. Orada bir nəfər məni aldatdı, kömək edəcəyini deyib, telefonumdan uşağın şəkillərini götürdü. Amma mənim xəbərim yox idi ki, o şəkilləri internetə yerləşdirəcək. Həmin şəxsi axtarıram ki, hesablaşım”.

Qeyd edək ki, Azərbaycanda 40 günlük uşaq satışa çıxarılıb. Bu barədə qarabazar.az saytında məlumat yerləşdirilib. Orxan adlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb:
"Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm, razılaşma yolu ilə".