"Hər kəs öz məsuliyyətini dərk etməli və zərərli informasiyaların uşaqlara çıxışının qarşısını almaq üçün əlindən gələni əsirgəməməlidir"
Uşaqların müdafiəsi milli prioritet məsələyə çevrilib
08:23 05.10.2018
Arxiv
645
Bu məsələdə təkcə dövlət öz qanunları ilə deyil, valideynlər və cəmiyyət birgə təşəbbüs göstərməlidir
"Hər kəs öz məsuliyyətini dərk etməli və zərərli informasiyaların uşaqlara çıxışının qarşısını almaq üçün əlindən gələni əsirgəməməlidir"
"Hər kəs öz məsuliyyətini dərk etməli və zərərli informasiyaların uşaqlara çıxışının qarşısını almaq üçün əlindən gələni əsirgəməməlidir"
Milli Məclis "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsini müzakirə edir. Məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilməyəcək. Əks halda, həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol veriləcək.
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" yeni qanun layihəsinin 12-ci maddəsi uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər adlanır.
Həmin maddəyə görə deyilir ki, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir. Qanun layihəsi plenar iclasa tövsiyə edilib.
Hazırkı çətin durumda mövcud fəsadın və problemin qarşısını almaq üçün bu qanun layihəsi kifayətdirmi? Ümumiyyətlə bu məsələdə ailələrin, cəmiyyətin üzərinə hansı öhdəliklər düşür?
Yaşadığımız dövrdə informasiyanın kütləviləşdiyini deyən sosioloq Cavid İmamoğlunun sözlərinə görə, istər televiziya və peyk antenalarının, istərsə də internet və onun gətirdiyi filtirsiz informasiya mühitində, uşaqların müdafiəsi milli prioritet məsələyə çevrilib. Bu məsələdə təkcə dövlət öz qanunları ilə deyil, o cümlədən valideynlər və cəmiyyət birgə təşəbbüs göstərməlidir. Yəni qabaqlayıcı tədbirlər görülməlidir. Biz başa düşməliyik ki, nəzarətdən kənar informasiyalar uşaqların fiziki və psixi inkişafına mənfi təsir göstərə bilər. Hətta youtobe kanalında yayımlanan cizgi filminin belə uşağın psixologiyasına mənfi təsir göstərməsi mümkündür. Ona görə də, hər kəs öz məsuliyyətini dərk etməli və zərərli informasiyaların uşaqlara çıxışının qarşısını almaq üçün əlindən gələni əsirgəməməlidir”.
Cavid İmamoğlunun sözlərinə görə, istər kompüter salonlarını işlədən şəxslər, istər valideynlər bu məsələyə ciddi yanaşmalıdırlar:
"Uşaqların izlədikləri cizgi filmlərinə, televiziya proqramlarına birgə baxmalıdırlar. Zərərli informasiyalar gördükdə isə, bu məlumatların onların gələcək inkişafına ziyan verəcəyini uşaqlarına izah etməlidirlər. Belə olduqda, yeniyetmə yaşına çatan uşaqlar artıq zərərli informasiya ilə onların xeyrinə olan məlumatları fərqləndirməyi bacaracaqlar”.
Sosioloqun fikrincə, bu gün Azərbaycan ailələrində valideynlər övladlarını zərərli informasiyalardan qorumaq üçün, onlarla necə ünsiyyətə girməli olduqlarını bilməlidirlər:
"Dövlət uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyaların qorunması haqda qanun qəbul edib. Bu qanun əslində Azərbaycanın BMT qarşısında bir öhdəliyidir. Çünki BMT Konvensiyasının 17-ci maddəsinə əsasən, bu konvensiyaya qoşulan bütün dövlətlər Kütləvi İnformasiya Vasitələrinin zərərli informasiyalarından uşaqları qorumağa məsuldurlar.
Burada dövlətin üzərinə düşən vəzifə uşaqları zərərli informasiyalardan qorumaq üçün lazımi tədbirlər görməkdir. Ona görə də, Azərbaycan dövləti bu istiqamətdə qanunlar qəbul edir. Amma hər bir halda önəmli məsuliyyət ailələrin və cəmiyyətin üzərinə düşür. Hər kəs diqqətli olmalı və şəxsi mənfəətə görə uşaqların gələcəyini təhlükə altına salmamalıdır.
Qanun qəbul edildikdən sonra, bu istiqamətdə tədbirlər planı hazırlanır. Bu plana uyğun olaraq da, müəyyən qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu qanun layihəsində əsasən maarifləndirmə, təbliğat-təşviqat xarakterli tədbirlər öz əksini tapacaq. Yəni müəyyən mənada qanun layihəsi uşaqları zərərli informasiyalardan uzaq tutmağa kömək edəcək”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya