ÜST-ün konsultant həkimi: “Parça maskalardan istifadə məsləhət görülmür”
11:58 23.12.2020
Arxiv
369
Başa çatmaqda olan 2020-ci il dünyada koronavirla bağlı pandemiya ili kimi yadda qaldı. Pandemiya zamanı virusdan qorunmaq üçün əsas tələblərdən biri insanların tibbi maskadan istifadə etməsi ilə bağlıdır. Maskaların necə taxılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsultant həkimi, Türkiyənin “Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova APA-ya açıqlamasında bildirib ki, tibbi maskaların rəngli tərəfi çölə tərəf olmalıdır, ağ tərəfi isə üzümüzə doğru taxılmalıdır: "Çünki maskanın rəngli tərəfi hidrofob, yəni su keçirməyən tərəfdir. İçəri tərəfi olan ağ hissə isə əksinə nəmi saxlayan tərəfdir. Əgər rəngli tərəfi üzə tərəf, ağ hissəni isə çölə doğru istifadə etsək onda nəm hissəyə bakteriyalar, viruslar yapışar və nəfəs alan zaman ağ ciyərlərimizə keçə bilər. Ona görə də su keçirməyən rəngli tərəf mütləq çölə doğru taxılmalıdır”.
Parça maskalara gəldikdə isə T.Rəsulova deyib ki, bu cür maskaların heç bir qoruyuculuğu, yəni tutmaq və ya buraxmaq tərəfi yoxdur: “Ona görə də parça maskaları taxmaq əksinə təhlükəli ola bilər. Çünki maskanın çöl tərəfi də nəmlənər və bakteriyalar yapışa bilər ki, bu da nəfəs alanda bakteriyanın, virusun ağ ciyərlərimizə keçməyinə səbəb ola bilər. Ona görə də parça maskalardan istifadə etmək məsləhət görülmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm