“Uzun yollar” məcburi köçkünlərin taleyini göstərir
20:48 17.02.2017
Arxiv
746
“Qalın-qalın kitabların çatdıra bilmədiyi informasiyanı bir sənədli film vasitəsilə daha yaxşı anlatmaq olur”
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Humanitar Tədqiqatlar İctimai Birliyinin məcburi köçkünlər barədə hazırladığı "Uzun yollar” sənədli filminin təqdimat mərasimi keçirilib. Sənədli
film Humanitar Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi "Məcburi köçkünlər haqqında sənədli film” layihəsi çərçivəsində hazırlanıb.
Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, konfliktoloq Əvəz Həsənovun ssenari müəllifi və Eldəniz Elgünün rejissoru olduğu "Uzun yollar” sənədli filmi Azərbaycanda öz torpaqlarından qovulmuş, ömrünün 20 ilindən çoxunu münaqişənin təsirlərində yaşayan taleyinə məcburi köçkünlük yazılmış insanlara həsr olunub. O insanlar ki, həyatlarında qazandıqlarını bir anın içində itirdilər. Onlar bütün çətinliklərindən keçib gələrək bu gün həyatın üzünə dik baxmağı bacardılar.
Tədbirin təşkilatçısı Ə.Həsənov filmin qəhrəmanlarının real vətəndaşlar, Şuşa, Kəlbəcər, Laçın, Ağdam rayonlarından olan məcburi köçkünlər olduğunu deyib. Onun sözlərinə görə, filmdə qəhrəmanların Dağlıq Qarabağ və ətraf rayonların ermənilər tərəfindən işğalından əvvəlki həyatı əks olunub, onların məcburi kökçün düşdükləri dövr və sonrakı tarixçələri əks etdirilib.
Filmdə əsasən Şuşa, Kəlbəcər, Laçın və Ağdam rayonlarından məcburi köçkün düşən insanların həyat yolundan, işğal zamanı şahidi olduqları tarixi faktlardan danışılıb. Sənədli filmin çəkilişləri Bakı, Ağdam, Bərdə, Tərtər və Gəncə şəhərlərində baş tutub.
40 dəqiqəlik sənədli filmin əsas qəhrəmanları Şuşa şəhər sakini Elşən Muradov hazırda Bakı şəhərində yaşayır və gecə növbətçisi kimi çalışır. Laçın rayonundan olan Yaqub İsfəndiyarov saç bərbəri kimi çalışmaqla Xırdalan şəhərində yaşayır. Kəlbəcər rayon sakini, pensioner Bağdad Mirzəyeva Bərdə şəhərində məskunlaşıb. Tərtər rayonundan olan Tofiq Misirov Bakıda kiçik bizneslə məşğuldur. Ağdam rayonundan olan Mirsəyyaf Abdullayev heykəltəraşlıq ilə məşğuldur. Ağdam rayonundan olan cərrah Sadiq Əzimov hazırda Bakı şəhərində yaşayır. Səadət Feyziyeva Ağdam rayonunda həkim işləyir. Rüfət Müseyibli tələbədir. Film Xocalı faciəsinin 25 illiyi ərəfəsində müxtəlif şəhərlərdə xarici və yerli tamaşaçılara təqdim olunacaq. Artıq Gürcüstanın paytaxtı Tbilisidə və Bakıda sənədli filmin təqdimat mərasimi keçirilib. Fevralın 23-də isə Londonda filmin təqdimat mərasimi keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı-direktoru Fərasət Qurbanov isə dövlət qurumları ilə yanaşı, ictimai qurumların da Dağlıq Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində öz səylərini birləşdirməsi və ortaya bu cür əhəmiyyətli nəticələr qoymasının təqdirəlayiq hal olduğunu deyib. Öz miqyasına görə Xocalı faciəsinin ən dəhşətli soyqırım aktlarından biri olduğunu vurğulayan F.Qurbanov hesab edir ki, bu faciə qurbanları unudulmamalı və onların yaşadığı ağrı-acılar bütün dünya ictimaiyyətinə çatdırılmalıdır: "Bu mənada "Uzun yollar” sənədli filminin ortaya qoyulmasını yüksək qiymətləndirir və əməyi keçən hər kəsi təbrik edirəm”.
Eldəniz Elgün isə bu filmdə yalançı vətənpərvərlikdən, pafosdan uzaq olmağa çalışdıqlarını və yaradıcı ekran əsəri ərsəyə gətirdiklərini deyib.
"Uzun yollar” filminin məsləhətçisi şair-jurnalist Kərim Kərimli Qarabağ həqiqətlərini özündə əks etdirən filmlərimizin sayının çox az və bu sahədə xeyli çatışmazlıqlarımız olduğunu deyib: "Bu mənada Əvəz müəllimi birincilərdən hesab etmək olar. Bu filmdə real insan hissləri, işğal dönəmlərində məcburi köçkünlərin yaşadığı ağrı-acılar öz əksini tapıb. Qalın-qalın kitabların çatdıra bilmədiyi informasiyanı bir sənədli film vasitəsilə daha yaxşı anlatmaq olur”.
Milli QHT forumunun prezidenti Rauf Zeyni də Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlər haqqında sənədli filmin çəkilməsini təqdirəlayiq hesab edib və bu əməyinə görə yaradıcı heyətə təşəkkür edib: "Hesab edirəm ki, Xocalı faciəsi ərəfəsində bu filmin tamaşaçılara təqdim olunmasının özü də mühüm əhəmiyyət kəsb edir. Bir film 100 tədbirə bərabərdir. Belə filmlərimizin sayı çox olmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət