Üzünüzü bu məhlulla isladın, SIZANAQDAN xilas olun!




Hər kəsə məlumdur ki, yeniyetməlik dövründə orqanizmdə baş verən hormonal dəyişikliklər insanın simasında özünü göstərdiyi üçün adamda böyük kompleks yaradır. 

Sherg.az-ın xəbərinə görə, məsələ ondadır ki, statistikaya əsasən, 12-24 yaşlı insanların 85 faizi sızanaqdan əziyyət çəkir. Yeniyetmələrin səbirsizliyi, dızanaqları sıxmaq, hələ tam "yetişməmişdən" sağaltmağa çalışmaq cəhdləri isə onları əsl infeksiya ocağına çevirə bilər.

Sağlamlıq və gözəllik təmizlikdən başlayır. Buna görə də sızanaqdan əziyyət çəkən hər kəs üzünü adi su ilə deyil, çobanyastığı, dazıotu (zveroboy), başınağacı (kalina) dəmləməsi ilə yumalıdır. Bunun üçün 1 çay qaşığı çobanyastığı və 1 çay qaşığı dazıotunu 2 çay qaşığı başınağacı çiçəyi ilə qarışdırın. 

Qatışığın üstünə 1 stəkan qaynar su töküb yarım saat yerdəmi almasını gözləyin. Sonra süzün və əvvəlki həcminə çatana qədər qaynanmış su əlavə edin. Üzünüzü su ilə yumaq əvəzinə bu ilıq məhlulla isladın.
Beləliklə, sızanaqlardan tez bir zamanda azad ola bilərsiniz.